Bakı,
Azərbaycan
10.09.2025 11:00
-
10.10.2025 12:00
İş haqqında məlumat
- Anbara malların qəbulu, yerləşdirilməsi və buraxılması işlərini idarə və icra etmək;
- Anbara gələn sifarişlərin mövcud olub olmamasını yoxlamaq,
- Daxil olan xammal və mal-materialları müvafiq proqramda qeydiyyata almaq və digər proseslər üçün sistemdə müvafiq əməliyyatlar aparmaq;
- Malların anbarda yığım və düzülüşünün nizamlı şəkildə edilməsinə riayət etmək;
- Anbarda mal və materialların müvafiq sistem ,ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini təmin etmək;
- Xammal və mal materialları anbara qəbul edərkən və ya təhvil verərkən, faktiki miqdarının qaimə ilə yoxlanması, eləcə də qablaşdırılmanın vəziyyətini yoxlanmaqla çəkisinin və ya sayının dəqiqləşdirilməsi, markalanmanın düzgünlüyünü yoxlamaq
- Malların yükdaşıyanlara və mexanizasiya vasitələri ilə anbarda düzgün yerləşdirilməsinə nəzarət etmək. Bu zaman yükdaşıyanlar və xüsusi avtonəqliyyat vasitələrin sürücüləri tərəfindən xəbərdaredici nişanların tələblərinə əməl olunmasına diqqət yetirmək;
- Malın tərkibindən asılı olaraq, onu qəbul edərkən təhlükəli mallar üzrə inspektoru və ya Keyfiyyətə nəzarət xidmətinin əməkdaşnı malın qəbuluna cəlb etmək
- Bütün mal dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında olmasını təmin etmək, istisnalar barədə dərhal məlumat vermək;
- Əmək təhlükəsizliyi və sağlamlığın mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etməklə anbarda yükləmə-boşaltma işlərini təşkil etmək;
- Mal - materialları inventarizasiya təlimatına uyğun hazırlamaq, təşkil etmək və inventarizasiya prosesində iştirak etmək;
- Köhnəlmiş, zərər görmüş və yararsız olmuş mal -materialları təyin etmək və onlar barədə müvafiq izahatı bir başa rəhbərinə məlumat vermək;
- Anbar əməliyyatlarının uçot və hesabatlarını aparmaq;
- Rəhbərin digər tapşırıqlarını yerinə yetirmək.
İş haqqında məlumat:
- Sənədləşmə: Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş vaxtı: Həftəlik 6 iş günü (şənbə günü qısa iş günü);
- İş yeri: Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi;
- Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə zamanı müzakirə olunacaq.
Yuxarıda qeyd edilən tələblərə uyğun namizətlər CV-lərini mövzu yerinə Anbardar yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.
Tələblər
- Sərbəst Azərbaycan dili, Rus dili (arzu olunandır)
- MS Office, 1C proqramlarını sərbəst bilməli
- Minimum 2 il müvafiq sahədə əmək fəaliyyəti olmalı (tikinti sektoru üstünlükdür)
- Orta ixtisas və ali təhsil (Tikinti üzrə arzu olunandır)
- Anbar təsərrüfatının təşkilinə aid olan əsasnamə, təlimat və digər normativ sənədləri, rəhbər materialları, mal-material qiymətlilərinə aid olan standart və texniki şərtləri bilməli
- Uçot və kargüzarlıq işlərinin aparılması üzrə əsasnamə və təlimatları bilmək
- Ünsiyyət və analitik düşünmə bacarığı olmalıdır;
- Komandada işləmək bacarığına sahib olmalıdır.