
.png)
Akademik rəhbərin inzibati işlər və layihələr üzrə müavini ( Simurq Liseyi)
Landau Education GroupƏmək haqqı: Razılaşma
İş haqqında
Akademik rəhbərə akademik fəaliyyətlərin planlaşdırılması, koordinasiyası və icrasına nəzarət istiqamətində dəstək göstərmək, akademik struktur bölmələri arasında effektiv əməkdaşlığı təmin etmək, akademik layihə və təşəbbüslərin idarə olunmasını həyata keçirmək, həmçinin onların nəticələri üzrə hesabatlılığı təşkil etmək.
Vəzifə öhdəlikləri
Akademik rəhbərin tapşırıqlarının icrasını planlaşdırmaq, koordinasiya etmək və icra vəziyyətini izləmək;
Akademik fəaliyyətlərin ümumi icra planının hazırlanmasında akademik rəhbərə dəstək göstərmək;
Metodiki birləşmə rəhbərlərinin aylıq və həftəlik fəaliyyət planlarını koordinasiya etmək;
Dərs dinləmələri, monitorinqlər, məktəb ziyarətləri və digər akademik fəaliyyətlər üzrə cədvəllər hazırlamaq və onların icrasına nəzarət etmək;
Filiallar üzrə akademik fəaliyyətlərin vaxtında və müəyyən edilmiş standartlara uyğun həyata keçirilməsini təmin etmək;
Metodiki birləşmə rəhbərləri arasında iş bölgüsünü və iş qrafiklərini koordinasiya etmək;
Məktəb ziyarətlərini və dərs müşahidələrini təşkil etmək;
Akademik rəhbərə fəaliyyətlərin nəticələri və əsas göstəricilər üzrə mütəmadi hesabatlar təqdim etmək;
Müəllimlərin akademik və peşəkar inkişafı ilə bağlı təşkilati prosesləri əlaqələndirmək;
Diaqnostik qiymətləndirmələrin, monitorinqlərin və digər qiymətləndirmə proseslərinin hazırlanmasını və keçirilməsini təşkilati baxımdan koordinasiya etmək;
İmtahan cədvəllərinin hazırlanmasını, imtahan materiallarının dövriyyəsini və əlaqəli proseslərin vaxtında tamamlanmasını koordinasiya etmək və nəzarətdə saxlamaq;
Akademik nəticələrin toplanmasını, sistemləşdirilməsini və müvafiq hesabatların hazırlanmasını təşkil etmək;
Akademik rəhbər üçün statistik, analitik və idarəetmə məlumatlarını hazırlamaq;
Akademik rəhbər tərəfindən həvalə olunan layihələrin planlaşdırılmasını, icrasını və nəticələrinin izlənilməsini təmin etmək;
Layihələr üzrə məqsədləri, əsas fəaliyyətləri, icra müddətlərini və məsul şəxsləri müəyyənləşdirmək və koordinasiya etmək;
Layihələrin icrası zamanı kampuslar, akademik struktur rəhbərləri və digər aidiyyəti bölmələr arasında effektiv koordinasiyanı təmin etmək;
Layihələrin icra vəziyyətini, əsas mərhələlərini, mümkün gecikmələri və riskləri izləmək, zəruri hallarda müvafiq tədbirlər planının hazırlanmasını təşkil etmək;
Layihələr üzrə mütəmadi status və yekun hesabatlar hazırlayaraq akademik rəhbərə təqdim etmək;
Akademik istiqamət üzrə strateji təşəbbüslərin və inkişaf layihələrinin həyata keçirilməsini koordinasiya etmək.
Namizədə tələblər
Ali təhsil;
Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
Akademik idarəetmə, təhsil və ya əlaqəli sahələrdə iş təcrübəsi;
Layihələrin planlaşdırılması, koordinasiyası və icrasına nəzarət üzrə praktiki bacarıqlar;
Microsoft Office proqramlarından istifadə bacarığı, xüsusilə Excel və PowerPoint bilikləri;
Yüksək təşkilatçılıq və koordinasiya bacarıqları;
Güclü şifahi və yazılı kommunikasiya bacarıqları;
Analitik düşünmə və hesabat hazırlama bacarığı;
Eyni zamanda bir neçə layihə və tapşırığı idarə etmək bacarığı;
Azərbaycan dilini səlis bilmək;
İngilis dili biliyi arzuolunandır.
Qeyd: Yalnız tələblərə uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.


.jpg)