Sumqayıt,
Azərbaycan
16.05.25
-
16.06.25
İş haqqında məlumat
- Anbarın təmizliyini və səliqə-səhmanını qorumaq, materialların düzgün şəkildə saxlanmasını təmin etmək;
- Təchizatçılardan anbara daxil olan material və malları qəbul etmək, müvafiq sənədləri və etiketləri yoxlayaraq onların satınalma tələbi formasında qeyd olunan tələblərə uyğunluğunu təsdiqləmək;
- Anbara daxil olan materialları və məhsulları təyin olunmuş rəflər və konteynerlər üzrə qruplaşdırmaq və yerləşdirmək, onların potensial zədələnmədən yaxşı mühafizə olunduğuna əmin olmaq;
- İstehsalatın planlanması şöbəsi tərəfindən verilən tapşırıqlar əsasında istehsalat sahəsinə materialların verilməsini təmin etmək;
- MRB otağının idarə edilməsi - Anbara daxil olan materialların və məhsulların istifadəyə yararlılığını yoxlamaq və uyğunsuzluqlar barədə birbaşa rəhbərini məlumatlandırmaq;
- ERP sistemindən istifadə edərək anbar qeydlərini və əməliyyatlarını izləmək.
- Təhlükəsizlik qaydalarına əməl etmək və iş sahəsini təmiz və səliqəli saxlamaq;
- İş qrafiki: 2 Növbəli iş qrafiki;
- Əmək haqqı: Müsahibə əsasında;
- İş yeri: Sumqayıt şəhəri;
- Nahar , servis və forma şirkət tərəfindən verilir;
- Xaricdə təlim imkanları.
Tələblər
- Orta təhsilli;
- MS Office proqramları ilə işləmək bacarığı;
- Forklift idarə etmək hüququnu təsdiq edən müvafiq diplom və ya sertifikatının olması mütləqdir;
- Metallurgiya sənayesində iş təcrübəsi – üstünlükdür;
- ERP sistemi barədə bilik və anlayışlara malik olması – üstünlükdür;
- Logistika / anbar operatoru vəzifələrində 1ildən 3 ilədək iş təcrübəsi – üstünlükdür;
- İngilis dili biliyi üstünlük sayılır(orta səviyyə danışıq);
- Tapşırıqların icrası zamanı detallara diqqət yetirmək;
- İş mühitinin təhlükəsizlik və təmizlik prinsipinə riayət etmək;
- Yaxşı səviyyədə ünsiyyət qurma və komanda şəklində işləmək bacarığı;
- İstehsalat sahəsində təhlükəsizlik ilə bağlı qaydalara və prosedurlara riayət etmək;
- Növbəli iş rejimində işləməyə hazır olmaq;
- Əsas kompüter bacarıqlarına malik olmaq.