Sumqayıt,
Azərbaycan
19.05.25
-
19.06.25
İş haqqında məlumat
- Bunker operatoru bunker sahəsinin təşkilinə və təmizliyinə cavabdehdir. Saxlanılan bütün materiallara və məhsullara, onların düzgün yerləşdirilməsinə və ERP sistemində göstərilən miqdarların uyğunluğuna görə məsuliyyət daşıyır. O, həmçinin zavoddan gələn hazır məhsulları qəbul edir və onların iş sifarişi ilə uyğunluğunu yoxlayır, təchizatçılardan gələn materialları qəbul edir və alış sifarişi ilə uyğunluğunu yoxlayır;
- Bunkerin təmiz və səliqəli saxlanılması, materialların düzgün şəkildə yerləşdirilməsinin təmin edilməsi;
- Təchizatçılardan materialların və zavoddan hazır məhsulların qəbulu, qablaşdırma sənədləri və etiketlərin alış və ya iş sifarişi ilə uyğunluğunun yoxlanılması;
- Qəbul edilmiş material və məhsulların xüsusi rəflərə çeşidlənməsi və yerləşdirilməsi, onların zədələrdən qorunmasına nəzarət;
- Planlayıcı tərəfindən təqdim olunmuş iş sifarişinə uyğun olaraq istehsal sahəsinə materialların verilməsi;
- ERP sistemi ilə işləmək;
- Təhlükəsizlik qaydalarına əməl etmək və iş sahəsinin səliqəli saxlanmasını təmin etmək;
- İş qrafiki: 2 Növbəli iş qrafiki;
- İş yeri: Sumqayıt şəhəri;
- Nahar, servis və forma şirkət tərəfindən verilir;
- Xaricdə təlim imkanları.
Tələblər
- Orta məktəb məzunu olmaq;
- MS Office proqramlarında biliklər;
- Forklift sürücülük vəsiqəsi – mütləqdir;
- ERP sistemləri haqqında bilik və anlayış – üstünlükdür;
- Logistika və ya bunker operatoru kimi əvvəlki iş təcrübəsi – üstünlükdür;
- Detallara diqqətli olmaq və təmiz, təhlükəsiz mühitə sadiqlik;
- Yaxşı ünsiyyət və komanda ilə işləmə bacarığı;
- İstehsalat mühitində təhlükəsizlik qaydaları və prosedurlarını anlamaq;
- Növbəli iş rejimində işləməyə hazırlıq;
- Əsas kompüter bacarıqları;
- İngilis dili jbiliyi üstünlük sayılır(orta səviyyə danışıq).