Bakı Metropoliteni

Aparıcı iqtisadçı

Bakı Metropoliteni
Ə/h razılaşma ilə
964
Tam iş günü
Bakı, Azərbaycan
16.10.2025 03:00 - 31.10.2025 12:00

İş haqqında məlumat

Peşəkar komandamıza qoşulmaq üçün İqtisadi təhlil şöbəsinə Aparıcı iqtisadçı axtarırıq!

  • Namizəd əməliyyat səmərəliliyinin artırılması, xərclərin optimallaşdırılması və analitik layihələrin idarə edilməsində mühüm rol oynayacaq.

Sizi hansı öhdəliklər gözləyir?

  • Əməliyyat səmərəliliyinin və xərclərin optimallaşdırılmasına yönəlmiş analitik layihələrin idarə olunması;
  • Məlumatların konsolidasiyası, iqtisadi modellərin hazırlanması və maya dəyəri (costing) çərçivələrinin qurulması;
  • İdarəetmə üçün əsas performans göstəricilərinin (KPI) hazırlanması və monitorinqi;
  • Rəhbərlik və aidiyyəti qurumlar üçün analitik təqdimatlar və hesabatların hazırlanması;
  • Büdcələşmə və performans izlənməsi sahəsində rəqəmsal transformasiya təşəbbüslərinə dəstək vermək.

Metropoliten sizə nə təklif edir?

  • Sabit və etibarlı iş mühiti;
  • Peşəkar komandada inkişaf və karyera imkanları;
  • Əmək bazarına uyğun rəqabətli əməkhaqqı;
  • Metropolitendən ödənişsiz istifadə imkanı;
  • Güzəştli nahar təminatı;
  • “Metropolitan Apartments” istirahət mərkəzi və əməkdaşlıq etdiyimiz digər sanatoriyalarda güzəştli istirahət imkanı;
  • Psixoloji dəstək xidməti.

Müraciət üçün

  • Bakı Metropoliteninin qeyd olunan e-mail ünvanına mövzu hissəsində "Aparıcı iqtisadçı" qeyd etməklə CV göndərə bilərsiniz.
  • Son müraciət tarixi: 31 oktyabr 2025-ci il

Tələblər

  • İqtisadiyyat, maliyyə və ya riyaziyyat üzrə bakalavr və ya magistr dərəcəsi;
  • Minimum 3–5 il peşəkar təcrübə (iqtisadi və ya biznes təhlili sahəsində);
  • Cost modelləşdirilməsi, büdcələşmə, subsidiyanın hesablanması və nəqliyyat iqtisadiyyatı üzrə təcrübə;
  • Excel (advanced səviyyə), Power üzrə təcrübə;
  • Analitik nəticələri rəhbərliyə aydın formada təqdimetmə və kommunikasiya bacarıqları;
  • Yüksək səviyyədə ingilis dili biliyi;
  • ACCA MA/PM/APM və ya ekvivalent sertifikat üstünlükdür.


Oxşar vakansiyalar