Bakı,
Azərbaycan
16.10.2025 03:12
-
16.11.2025 12:00
İş haqqında məlumat
- Peşəkar komandamıza qoşulmaq üçün Hesabatlılıq şöbəsinə Baş maliyyə mütəxəssisi axtarırıq! Namizəd dəqiq maliyyə hesabatlarının hazırlanması, təhlili və təqdim olunmasında mühüm rol oynayacaq, həmçinin mühasibatlıq standartlarına uyğunluğun təmin edilməsinə cavabdeh olacaq.
Sizi hansı öhdəliklər gözləyir?
- IFRS standartlarına uyğun olaraq aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanmasına rəhbərlik etmək;
- Detallı fərq təhlilləri aparmaq və maliyyə nəticələrinə təsir edən meylləri müəyyənləşdirmək;
- Hesabat məqsədləri üçün əsas maliyyə məlumatlarının toplanması üzrə müxtəlif şöbələrlə əməkdaşlıq etmək;
- Hesabat prosedurlarını daxili nəzarət tələbləri və beynəlxalq maliyyə hesabatı standartlarına uyğun şəkildə həyata keçirmək;
- Rəhbərliyə xüsusi (ad hoc) maliyyə təhlilləri və təqdimatlarla dəstək vermək.
Metropoliten sizə nə təklif edir?
- Sabit və etibarlı iş mühiti;
- Peşəkar komandada inkişaf və karyera imkanları;
- Əmək bazarına uyğun rəqabətli əməkhaqqı;
- Metropolitendən ödənişsiz istifadə imkanı;
- Güzəştli nahar təminatı;
- “Metropolitan Apartments” istirahət mərkəzi və əməkdaşlıq etdiyimiz digər sanatoriyalarda güzəştli istirahət imkanı;
- Psixoloji dəstək xidməti.
Müraciət üçün
- Bakı Metropoliteninin qeyd olunan e-mail ünvanına mövzu hissəsində "Baş maliyyə mütəxəssisi" qeyd etməklə CV göndərə bilərsiniz.
- Son müraciət tarixi: 31 oktyabr 2025-ci il
Tələblər
- Maliyyə və idarəetmə hesabatlarının hazırlanmasında minimum 2 il iş təcrübəsi;
- Beynəlxalq Maliyyə Hesabatı Standartları (IFRS) və yerli vergi qanunvericiliyi üzrə dərin biliklər vacibdir;
- Maliyyə hesabatları və mühasibat prinsipləri üzrə biliklər;
- ACCA/CFA sertifikatları üstünlükdür;
- “Big 4” təcrübəsi böyük üstünlükdür;
- Maliyyə, mühasibatlıq və ya əlaqəli sahədə bakalavr dərəcəsi;
- 1C proqram təminatı ilə işləmək bacarığı üstünlükdür;
- Dinamik və sürətli iş mühitində işləmək bacarığı.