Bakı,
Azərbaycan
10/04/2026
-
24/04/2026
İş haqqında məlumat
- Armaturlama işləri üzrə verilmiş istehsalat tapşırıqlarını müvafiq normalara, prosedurlara və keyfiyyət tələblərinə riayət etməklə icra etmək.
- İş yerinin təhlükəsiz olmasına diqqət yetirmək, armaturlama işlərinin yerinə yetirilməsini, verilmiş tapşırıqların icrasını, armaturlama ləvazimatlarının istismarını və qorunmasını qüvvədə olan müvafiq prosedur və təhlükəsizlik qaydalarına uyğun təmin etmək.
- Armaturlanacaq sahələrin və həcmlərin betonlama işlərinin başlanması üçün tam hazır olmasına əmin olmaq.
- Verilmiş cizgi və eskizlər üzrə armaturların düzgün əyilməsinə, birləşməsinə, bağlanmasına diqqət yetirmək.
- İş prosesindən əvvəl və sonra iş yerini istehsalat tullantılarından təmizləmək, tullantıları müəyyən olunmuş yerlərə yerləşdirmək.
- Armaturların kəsilməsi, əyilməsi və quraşdırılması zamanı istifadə olunan alət və avadanlıqların saz vəziyyətdə olmasına nəzarət etmək.
- Armaturların paslanma, deformasiya və digər qüsurlardan təmizlənməsini təmin etmək.
- Betonlama zamanı armaturların yerindən tərpənməməsi üçün möhkəmləndirici tədbirlərin görülməsini təmin etmək.
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğın və elektrik təhlükəsizliyi üzrə müvafiq təlimlərdə aldığı göstəriş və təlimatların tələblərinə, habelə uyğun prosedurlara əməl etmək.
İş yeri: Layihə Sahəsi – AZFEN Bayıl Sahəsi
Tələblər
- Müvafiq sahə üzrə (armaturçu və ya tikinti işləri) minimum 2 il iş təcrübəsi
- Texniki çertyoj və eskizləri oxumaq bacarığı
- Armaturların kəsilməsi, əyilməsi və quraşdırılması üzrə praktiki biliklər
- Tikinti norma və qaydaları, eləcə də keyfiyyət tələbləri barədə anlayış
- Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət etmə bacarığı
- Fiziki cəhətdən sağlamlıq və sahə şəraitində işləmək imkanı
- Komanda ilə işləmə və verilmiş tapşırıqları vaxtında icra etmə bacarığı
- Məsuliyyətlilik, dəqiqlik və intizamlılıq.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.