Azsur Group

Texniki Ofis Mühəndisi

Azsur Group
Ə/h razılaşma ilə
761
Tam iş günü
Bakı, Azərbaycan
08/04/2026 - 08/05/2026

İş haqqında məlumat

  • Layihə sənədlərinin analizi və uyğunluğunun yoxlanılması;
  • Layihələrin texniki sənədlərinin hazırlanması və yoxlanılması
  • Sahədən daxil olan məlumatların sistemləşdirilməsi və hesabatların tərtibi.
  • Tikinti və montaj işlərinin texniki tələblərə, layihə və norma göstəricilərinə uyğun icrasına nəzarət etmək;
  • İcra sənədlərinin (akt, jurnal, sxem, pasport və s.) düzgün tərtibini təmin etmək;
  • Aparılan sənədlərin arxivləşdirilməsi və saxlanmasını təşkil etmək;
  • Tikinti materiallarının və iş həcmlərinin hesablanması
  • Tikinti obyektlərində istifadə olunan material, avadanlıq və texnologiyaların texniki göstəricilərinə nəzarət etmək;
  • Layihə üzrə texniki dəyişikliklərin (modifikasiya və düzəlişlərin) qeydiyyatını və icrasını təmin etmək;
  • Normativ sənədlərə (SNİP, GOST, DБN, İSO və s.) uyğun texniki tələblərin tətbiqinə nəzarət etmək;
  • Obyekt üzrə texniki hesabatların, aylıq/gündəlik icra məlumatlarının hazırlanmasında iştirak etmək;
  • Layihə mühəndisləri, planlama, smeta, logistika və istehsalat şöbələri ilə qarşılıqlı iş koordinasiyasını təmin etmək;
  • Texniki risklərin, çatışmazlıqların və uyğunsuzluqların vaxtında aşkarlanması və aradan qaldırılması üçün təkliflər vermək.

Tələblər

  • Müvafiq sahədə 3 il iş təcrübəsi;
  • Yaş həddi:25-45 yaş
  • Ali təhsil (inşaat mühəndisliyi və ya digər mühəndislik ixtisasları üzrə);
  • İş üçün müvafiq kompüter proqramlarını bilməli (Word, Excel, AutoCad, MS Project və ya Primavera mütləqdir);  
  • Dəqiqlik, analitik düşüncə və məsuliyyətlilik;
  • Komanda ilə işləmə və hesabatlılıq bacarığı.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək və ya [email protected]  mail ünvanina “Texniki Ofis Mühəndisi”  başlığı ilə göndərə bilər


Oxşar vakansiyalar