Bakı,
Azərbaycan
10/07/2026
-
24/07/2026
İş haqqında məlumat
- Təyin olunmuş mətbəx bölməsində (isti yeməklər, soyuq yeməklər və s.) gündəlik iş prosesini həyata keçirmək;
- Menyu üzrə yeməkləri resept və porsiya standartlarına uyğun hazırlamaq;
- İlkin hazırlıq işlərini (mise en place) vaxtında tamamlamaq;
- Yeməklərin keyfiyyətinə, təqdimatına və temperaturuna nəzarət etmək;
- HACCP, qida təhlükəsizliyi və gigiyena qaydalarına riayət etmək;
- FIFO prinsipinə uyğun məhsulların düzgün istifadəsini təmin etmək;
- Servis zamanı bölmədə operativ və səmərəli iş prosesini qorumaq;
- Köməkçi aşpazlara və mətbəx köməkçilərinə dəstək göstərmək və onları istiqamətləndirmək;
- Bölmənin təmizliyini təmin etmək, avadanlıqlara düzgün qulluq etmək və ehtiyac yarandıqda rəhbərliyi məlumatlandırmaq.
Tələblər
- Müvafiq sahə üzrə minimum 2–3 il iş təcrübəsi;
- Ən azı 1 il köməkçi aşpaz vəzifəsində iş təcrübəsi;
- Bişirmə texnikaları və bıçaqdan istifadə bacarığı;
- Reseptləri oxumaq və standartlara uyğun tətbiq etmək bacarığı;
- Qida təhlükəsizliyi və sanitariya qaydaları üzrə bilik;
- Komanda ilə işləmək bacarığı, məsuliyyətlilik və operativlik;
- Növbəli iş qrafikində işləmək imkanı.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun