Yevlakh City Hotel

Assistant Front Office Manager/ Qəbul və qeydiyyat üzrə menecer müavini

Yevlakh City Hotel
Ə/h razılaşma ilə
2477
Tam iş günü
Yevlax, Azərbaycan
24.09.2025 11:05 - 24.10.2025 12:00

İş haqqında məlumat

Ünvan: Yevlax rayonu, Ceyhun Mustafayev.129a

  • Qonaqların gəlişlərinin qeydiyyata alınması, yoxlanması;
  • Şöbənin bütün prinsiplərinə, proseduralarına, standartlarına uyğun qonaq tələblərinin həyata keçirilməsinin təmin edilməsi; 
  • Otelin həyata keçirdiyi prinsip, prosedur və standartların inkişaf etdirilməsində və həyata keçirilməsində iştirak etmək;
  • Şöbənin fəaliyyətinin yüksək səviyyədə həyata keçirilməsini təmin etmək üçün İnsan resursları şöbəsi ilə işçilərin seçilməsi, onları təlimatlandırılması, növbələrin təyin edilməsi və onların fəaliyyətlərinin idarə edilməsi;
  • Otaqların inventarının (avadanlıqların) yoxlanması, qeydiyyatların aparılması, qrup bronların edilməsi, yüklərin yerləşdirilməsi, lüks otaqların satılmasına nəzarət etmə ilə Otelin gəlirinin yüksəldilməsi;
  • VİP qonaqların qarşılanması,qonaqlara yüksək səviyyəli xidmət göstərilməsinin təşkili;
  • İşçi heyətin hazırlanmasında ehtiyacın olub-olmadığının müəyyənləşdirilməsi, təlim fəaliyyətinin planlaşdırılması və həmin heyətin administrativ iş fəaliyyətinin bütün bölmələr üzrə həyata keçirilməsinə nəzarət edilməsi;
  • Şöbənin iş həcminə və prioritetlərə müvafiq olaraq iş qrafiklərinin tərtib edilməsi və nəzarətin təşkil edilməsi;
  • İdarəetmə və görüşlərdə iştirak etmək, hesabat və xidmət haqqında qeydlər etmək və vəzifə fəaliyyəti ilə əlaqədar olan digər spesifik vəzifələr kimi administrativ vəzifələr komplektinin həyata keçirilməsi.

İş vaxtının norması:

  • 09:00-18:00 / 5 günlük iş həftəsi;
  • İstirahət günü: 2 (iki) gün.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Təlim və inkişaf proqramlarında iştirak imkanları;
  • Nahar şirkət tərəfindən təmin edilir;
  • Korporativ nömrə və danışıq paketi;
  • Könülü tibbi sığorta;
  • Qalmaq yeri  ilə təmin olunma ;
  • Tabia Group tabeliyində yer alan otellərdə endirim imkanları;
  • Tibbi sığorta.

İş yeri: Yevlax rayonu.

Müraciət forması:

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Namizədlərdən CV göndərərkən mövzu yerində müraciət edilən vəzifə adının qeyd edilməsi xahiş olunur.

Tələblər

  • Ali təhsil (xüsusilə İdarəetmə, Turizm və Otelçilik, Biznes İdarəetməsi və ya oxşar sahələrə üstünlük verilir);
  • Namizəd: Azərbaycan vətəndaşı 
  • Təcrübə: Otelçilik sahəsində ən azı 3 il iş təcrübəsi;
  • Xarici qonaqlarla ünsiyyət üçün ingilis dili biliyi, əlavə olaraq isə rus dili biliyi üstünlükdür;
  • Məsuliyyətlilik, operativlik və qərarvermə qabiliyyəti;
  • MS Office proqramlarında işləmək bacarığı.


Oxşar vakansiyalar