Camal LTD

Audit (Satış sahəsi üzrə)

Camal LTD
Ə/h razılaşma ilə
2996
Tam iş günü
Bakı, Azərbaycan
02.09.2025 02:47 - 02.10.2025 12:00

İş haqqında məlumat

  • Şirkətin struktur bölmələrinin fəaliyyətinin təftişini həyata keçirmək və nəticələri qüvvədə olan daxili sənədləşmələrə əsasən rəsmiləşdirmək;
  • Obyektlərdə olunan təftiş nəticələrinə əsasən Satış təmsilçilərinin debitor borclarının müqayisəsini aparmaq;
  • İşdən çıxan əməkdaşlara təhkim olunmuş inventarları təhvil-qəbul aktı əsasında təhvil almaq və rəsmiləşdirmək;
  • Audit şöbəsinin əməkdaşlarının vaxtaşırı qiymətləndirilməsi, iş prinsiplərinə nəzarət edilməsi;
  • Rərbərliyin göstərişinə əsasən xüsusi obyektlərdə və sahələrdə növbədənkənar təftişlər keçirmək və nəticələri rəsmiləşdirmək;
  • Təsdiq olunmuş plana müvafiq olaraq müəssisə bölmələrində bütünlüklə yoxlama və təftişlər aparmaq;
  • Müəssisənin əsas vəsaitlərinin bütövlüyünü və səmərəli istifadəsini yoxlamaq;
  • Müəssisənin daxili ehtiyatlarını aşkara çıxarmaq və onların səmərəli istifadə olunması yollarını müəyyənləşdirmək.

Digər məlumatlar:

  • 6 günlük iş həftəsi, tam iş günü;
  • Vəzifə üzrə əmək haqqı: Namizədin bilik və bacarığına uyğun olaraq təyin edilir.

Ünvan: Bakı şəh., Sulutəpə qəs., R.Allahverdiyev küç., 4/21D, döngə 9 "Camal" LTD şirkəti (Dondurma zavodu)

Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Tələblər

  • Ali təhsil (Hüquq, maliyyə, iqtisadiyyat və ya idarəetmə ixtisasları üzrə);
  • Müvafiq sahə üzrə ən azı 5 il iş stajı;
  • Yaş həddi 30-45 ;
  • Microsoft Office, 1C proqramından sərbəst istifadə bacarığı;
  • Konfliktlərin idarəedilməsi, kommunikasiya və təqdimat bacarıqları;
  • Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti (rus və ingilis dilləri arzuolunandır);
  • Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilikləriyi üzrə peşəkar səviyyədə biliklər;
  • Şəxsi avtomobilinin olması vacibdir.


Oxşar vakansiyalar