Bakı,
Azərbaycan
12.09.2025 04:09
-
12.10.2025 12:00
İş haqqında məlumat
- Komanda üzvü qismində səmərəli çalışır, öhdəlikləri bölüşür, komanda üzvləri ilə daimi təmasda olaraq təcrübə mübadiləsi aparır;
- Nəzarət mexanizmlərində çatışmazlıqları, qanunvericiliyin, daxili prosedur və qaydaların pozulmalarını aşkar etmək məqsədi ilə müvafiq məlumatı toplayaraq analiz edir;
- Biznes proseslər haqqında məlumat toplayır və biznes proseslərin analizində iştirak edir;
- Nəzarət mexanizmlərinin işlək olmasının təsdiqi məqsədi ilə audit prosedurları olan test və müsahibə üsulunu həyata keçirir;
- Məlumatın test üsulu ilə yoxlanılmasını həyata keçirir;
- Audit yoxlamalarının nəticələrini Daxili audit şöbəsinin standartlarına uyğun olaraq sənədləşdirir;
- Mühasibat sistemlərinin effektivliyi və səmərəliyini, eləcə də qəbul olunmuş mühasibat prosedurlarının təcrübədə tətbiq olunub-olunmamasını yoxlayır;
- Daxili Audit şöbəsində özündən yuxarı vəzifədə çalışan əməkdaşların tapşırıqlarını yerinə yetirir.
Əlavə məlumat:
- Struktur: Daxili audit departamenti;
- Bilavasitə tabe olduğu şəxs: Departament rəhbəri;
- İş yeri: Bakı şəhəri, Park View Biznes Mərkəzi;
- İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00).
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Kiçik auditor) qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.
Tələblər
- Biznesin idarə edilməsi, Maliyyə, Mühasibatlıq və ya digər oxşar sahə üzrə Ali təhsil Müvafiq sahədə minimum 1 il iş təcrübəsi
- Microsoft Ofis (Excel proqramı peşəkar səviyyədə) proqramlarında sərbəst işləmə bacarığıı;
- Biznes proseslərin analizi metodlarının tətbiqi;
- Test üsulundan istifadə edərək məlumatın yoxlanılması bacarığı;
- Müsahibələrin keçirilməsi bacarığı;
- Vaxtın düzgün idarə edilməsi qabiliyyəti;
- Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqları;
- Problemləri həll etmə bacarıqları;
- Komanda daxilində fəaliyyət göstərmək bacarığı;
- Stress altında çalışmaq bacarıqları;
- Azərbaycan, İngilis səlis ( Rus dili – Arzu olunandır.