Baku Bus

Avtobuslara texniki dəstək üzrə mütəxəssis vəzifəsinə işçi

Baku Bus
Ə/h razılaşma ilə
801
Tam iş günü
Gəncə, Azərbaycan
04.07.2025 23:35 - 04.08.2025 12:00

İş haqqında məlumat

  • Avtobuslarda quraşdırılmış elektron cihazlara və İT avadanlıqlarına texniki baxış və daim işlək vəziyyətdə saxlanılması;
  • Zəif axın və avadanlıqları ilə işləmə bacarığı;
  • Videoqeydiyyat cihazları və təhlükəsizlik kameralarının (DVR/NVR) mütəmadi texniki baxışın həyata keçirilməsi, sazlanması, və daim işlək vəziyyətdə saxlanılması;
  • Multimedia cihazları, monitorlar, informasiya panelləri və oxşar texniki qurğularla işləmə bacarığı və texniki xidmətin təmin edilməsi;
  • Quraşdırılmış avadanlıqların proqram təminatının yenilənməsi və kalibrovkası;
  • Görülən işlərlə bağlı dövri hesabatların hazırlanması, nasazlıqların təkrar baş verməməsi üçün tövsiyələrin verilməsi;
  • Aidiyyəti strukturlarla və digər İT mütəxəssisləri ilə koordinasiyalı işləmək;
  • İs yeri: Gəncə şəhəri;
  • İş vaxtı: 5 günlük və ya növbəli iş qrafikinə uyğun;
  • Peşəkar,mehriban komandada iş;
  • Karyera yüksəlişi üçün perspektiv;
  • Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirilmə.

Tələblər

  • İnformasiya texnologiyaları, elektronika və ya müvafiq texniki sahə üzrə ali və orta ixtisas təhsili;
  • Texniki diaqnostika proqramları, avadanlıq interfeysləri üzrə işləmə bacarığı;
  • DVR və NVR sistemləri üzrə texniki bilik və iş təcrübəsi;
  • Kamera sistemləri ilə işləmə bacarığı;
  • Elektron informasiya lövhələri, multimedia sistemləri və digər oxşar avadanlıqlarla işləmək bacarığı;
  • Elektronika və diaqnostika sahəsində əsas texniki biliklər;
  • Analitik düşüncə, texniki problemləri tez və düzgün təhlil edərək həll etmə bacarığı;
  • Yüksək məsuliyyət hissi, intizamlılıq və komanda ilə işləmək bacarığı;
  • Stressə davamlılıq və intensiv iş mühitində effektiv fəaliyyət göstərmək bacarığı.


Oxşar vakansiyalar