Baku Bus

Ofisə texniki dəstək üzrə mütəxəssis

Baku Bus
Ə/h razılaşma ilə
3204
Tam iş günü
Gəncə, Azərbaycan
04.07.2025 23:51 - 04.08.2025 12:00

İş haqqında məlumat

  • Şirkətin ofis və inzibati binalarında informasiya texnologiyaları (İT) sistemlərinin qurulması və fasiləsiz fəaliyyətinin təmin edilməsi;
  • Kompüter sistemlərinin, periferik avadanlıqların (printer, skaner və s.) quraşdırılması, sazlanması və texniki xidmətin göstərilməsi;
  • Windows əməliyyat sistemləri və digər proqram təminatlarının quraşdırılması, yenilənməsi və nasazlıqların aradan qaldırılması;
  • Server sistemləri, domen idarəetməsi (Active Directory), şəbəkə və təhlükəsizlik sistemlərinin monitorinqi, diaqnostikası və optimallaşdırılması;
  • İstifadəçilərin gündəlik texniki çətinliklərinin operativ şəkildə həll olunması və texniki məsləhətlərin verilməsi;
  • Cisco, Ubiquiti kimi şəbəkə avadanlıqlarının konfiqurasiyası və dəstəklənməsi;
  • DVR/NVR video müşahidə sistemləri ilə işləmək, onların sazlığına nəzarət;
  • Giriş çıxışa nəzarət sistemlərində yaranan problemlərin aradan qaldırılması və daim işlək vəziyyətdə saxlanılması;
  • IP-telefon sistemlərinin idarə olunması və dəstəyi;
  • Avadanlıq və sistemlərin texniki göstəricilərinin izlənilməsi, performansın artırılması üçün təkliflərin verilməsi;
  • Yeni texnologiyaların tətbiqi və texniki yeniliklərin təşəbbüsü ilə çıxış etmək;İs yeri: Gəncə şəhəri;
  • İş günləri: 5 gün;
  • İş vaxtı:  09.00-18.00;
  • Peşəkar,mehriban komandada iş;
  • Karyera yüksəlişi üçün perspektiv;
  • Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirilmə.

Tələblər

  • İnformasiya texnologiyaları, kompüter mühəndisliyi və ya aidiyyəti sahə üzrə ali təhsil;
  • İT sahəsində minimum 1-2 il iş təcrübəsi;
  • Windows 10/11, Windows Server (2016/2019/2022) və Active Directory ilə işləmə bacarığı;
  • Şəbəkə və təhlükəsizlik protokolları haqqında məlumatlı olmaq;
  • Şəbəkə avadanlıqları ilə (Cisco, Ubiquiti və.s) işləmə bacarığı; 
  • Video nəzarət sistemləri (DVR/NVR) və kameraların quraşdırılması üzrə təcrübə;
  • IP-telfoniya haqqında məlumatlı olmaq;
  • MS Office proqramları, diaqnostika və uzaqdan texniki dəstək proqramları ilə işləmə bacarığı;
  • Azərbaycan dili əla, ingilis dili (texniki səviyyədə)
  • Analitik düşüncə, problem həll etmə bacarığı;
  • Komanda ilə işləmək, texniki məsələləri sadə dildə izah edə bilmək bacarığı.


Oxşar vakansiyalar