Group Motors

Avtomobil üzrə Satış Meneceri

Group Motors
Ə/h razılaşma ilə
1390
Tam iş günü
Bakı, Azərbaycan
21.10.2025 10:27 - 21.11.2025 12:00

İş haqqında məlumat

Avtomobil brendinin satış strategiyasını effektiv şəkildə planlaşdırmaq və icra etmək, CRM və Lead Management sistemlərinin inteqrasiyasını və səmərəli istifadəsini təmin etmək, satış komandasını peşəkar idarəetmə ilə müştəri təcrübəsini yüksək səviyyəyə çatdırmaq.

  • GroupMotors standartlarına uyğun olaraq avtomobil brendi üçün satış strategiyasının işlənib hazırlanması və həyata keçirilməsi.
  • İllik və rüblük satış planlarının hazırlanması, icrasına nəzarət və hədəflərə çatmaq.
  • Avtomobil sifarişlərinin, tədarük zəncirinin və anbar ehtiyatlarının effektiv idarə olunması.
  • CRM və Lead Management sistemlərinin (məsələn DMS) tətbiqi, optimallaşdırılması və istifadəsinə rəhbərlik.
  • Müştəri müraciətlərinin və potensial lead-lərin yüksək keyfiyyətlə emalı və nəticələrə nəzarət.
  • Satış komandasının idarə edilməsi, onların təlimi, motivasiyası və performansının artırılması üçün proqramların təşkili.
  • Bazar təhlili, rəqabət mühitinin qiymətləndirilməsi və satış proseslərinin optimallaşdırılması üçün təkliflərin hazırlanması.
  • Rəhbərliyə satış göstəriciləri, müştəri məmnuniyyəti və bazar vəziyyəti üzrə müntəzəm hesabatların təqdim edilməsi.
  • Satışın bütün mərhələlərində GroupMotors standartlarına və GroupMotors-un daxili qaydalarına riayət olunmasının təmin edilməsi.

Təklif Etdiklərimiz:

  • Beynəlxalq avtomobil brendlərini təmsil edən nüfuzlu və sabit şirkətdə iş imkanı.
  • Rəqabətədavamlı əməkhaqqı və satış performansına əsaslanan cəlbedici bonus (KPİ) sistemi.
  • Peşəkar inkişaf üçün təlimlər və karyera yüksəlişi imkanları.
  • Müasir korporativ mühit, innovativ alətlər və rəhbərlik tərəfindən dəstək.
  • GM tərəfindən təsdiqlənmiş beynəlxalq standartlara uyğun iş şəraiti.

Əlavə Qeydlər:

  • İş yeri: Bakı şəhəri, GroupMotors-un baş ofisi və ya şəhərdaxili filliallarımızda
  • İş qrafiki: Tam iş günü, zəruri hallarda çevik qrafik və ya səfərlər.

Müraciət prosesi: CV və motivasiya məktubunu “Satış Meneceri” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Tələblər

  • Ali təhsil (Marketinq, Biznes İdarəetmə, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə).
  • Avtomobil sektorunda minimum 5 il iş təcrübəsi, o cümlədən ən azı 3 il rəhbər vəzifədə.
  • Avtomobil satış prosesləri, müştəri bazasının idarə edilməsi və bazar təhlili üzrə dərin biliklər.
  • CRM və DMS sistemləri ilə (məsələn, Salesforce, AutoSoft və ya digər oxşar platformalar) praktiki təcrübə.
  • Azərbaycan, rus və ingilis dillərində sərbəst danışıq və yazışma bacarığı.
  • GroupMotors standartları və avtomobil sənayesinin xüsusiyyətləri ilə tanışlıq üstünlükdür.

Namizəddən Gözləntilər:

  • Strateji və analitik düşüncə tərzi, nəticəyə yönəlik iş yanaşması.
  • Komanda qurmaq, motivasiya etmək və effektiv liderlik bacarıqları.
  • Yüksək kommunikasiya və danışıqlar aparmaq bacarığı.
  • Məsuliyyət, təşəbbüskarlıq və qərar qəbul etmədə çeviklik.
  • Stressli vəziyyətlərdə sakitlik və peşəkar davranış.


Oxşar vakansiyalar