Bakı,
Azərbaycan
04.09.2025 03:23
-
04.10.2025 12:00
İş haqqında məlumat
- Şirkətin xidmətlərini və hazır məhsullarını müştərilərə satmaq;
- Korporativ əlaqələr quraraq, böyük təşkilatlarda qərarverici şəxslərlə əlaqə yaratmaq;
- Potensial müştərilər üçün təqdimatlar hazırlamaq və görüşlər təşkil etmək;
- Şirkətin xidmətlərini və məhsullarını müştərilərə uyğun şəkildə təqdim edərək satışın həyata keçirilməsi;
- Müştəri ehtiyaclarını analiz etmək və onlara uyğun həllər təklif etmək;
- Satış prosesi və nəticələrini izləmək, mütəmadi olaraq günlük, həftəlik və aylıq hesabatlar hazırlayıb rəhbərliyə təqdim etmək;
- Müştəri bazasını genişləndirmək və davamlı əlaqə qurmaq;
- Satış hədəflərinə çatmaq və şirkətə gəlir gətirmək.
Biz nələri vəd edirik?
- Müxtəlif innovativ layihələrdə iştirak imkanı;
- Karyera inkişafı və vəzifə artımı perspektivi;
- Yerli və beynəlxalq bazara yönəlik məhsul çıxarışı;
- Peşəkar komanda ilə işləmək və öyrənmək imkanı;
- Yüksək satış gəlirləri ilə əlavə təşviq.
İş rejimi:
- Həftə içi 5 iş günü;
- Şənbə günü hibrid;
- İş saatı: 09:45 – 18:00;
- Rəsmi istirahət və bayram günləri dövlət qanunvericiliyinə əsasən;
- Əmək haqqı: 1000 – 1500 AZN (satış əsaslı).
Müraciət etmək istəyən namizədlər CV-lərini Müraciət Et düyməsində qeyd olunan e-mail ünvanına mövzu hissəsinə “Satış meneceri” qeyd edərək göndərə bilərlər.
Qeyd: cv göndərməzdən əvvəl proweb.az veb saytına daxil olub şirkətin iş profili ilə tanış olub sizə uyğun olduğu təqdirdə cv göndərməyinizi xaiş edirik.
Tələblər
- 2-3 il satış sahəsində təcrübə, xüsusilə korporativ satışda təcrübə arzuolunandır;
- Müştəri əlaqələri qurmaq və təqdimatlar hazırlamaq bacarığı;
- İqtisadiyyat, marketinq və ya əlaqədar sahədə təhsil (üstünlükdür);
- Satış sahəsində analitik düşüncə və nəticə yönümlü iş bacarığı;
- Azərbaycan dili sərbəst, rus və ingilis dillərində mükəmməl ünsiyyət bacarığı;
- Yaradıcı düşüncə və təşəbbüskarlıq;
- İstənilən zaman müştəri əlaqələrini idarə etmək və onlarla effektiv iş görmək bacarığı.
Əlavə bacarıqlar:
- Araşdırma analitik düşünmə bacarığı;
- Şirkət proqram təminatları ilə iş bacarığı (kompüter proqramları və sistemlər);
- Google Docs, Google Drive kimi onlayn alətlərdən istifadə bacarığı;
- Ofis proqramları (Microsoft Office) ilə mükəmməl işləmə bacarığı;
- Korporativ e-mail yazışmalarını düzgün və peşəkar şəkildə aparmaq;
- Şirkətin xidmət və məhsullarını onlayn platformalarda effektiv təqdim edə bilmək.