Bakı,
Azərbaycan
07/10/2026
-
21/10/2026
İş haqqında məlumat
“Groupone” MMC Təhcizat şöbəsində “Baş anbardar” vəzifəsinə vakansiya elan edilir.
Vəzifə təlimatı:
- Anbarın gündəlik fəaliyyətinin təşkilinə və idarə olunmasına nəzarət etmək;
- Anbara daxil olan və çıxan malların qəbul və təhvil proseslərini koordinasiya etmək;
- Gələn malların sənədlərlə uyğunluğunu yoxlamaq və uyğunsuzluqlar barədə rəhbərliyə məlumat vermək;
- Malların anbar daxilində düzgün yerləşdirilməsini, saxlanmasını və təhlükəsizliyini təmin etmək;
- ERP sistemi üzərindən anbar uçotunun aparılmasına nəzarət etmək;
- ERP proqramında mədaxil və məxaric əməliyyatlarının düzgün və vaxtında qeyd olunmasını təmin etmək;
- Anbar qalıqlarına gündəlik nəzarət etmək və müvafiq hesabatları hazırlamaq;
- Gündəlik, həftəlik və aylıq anbar hesabatlarının hazırlanmasını təşkil etmək;
- İnventarizasiya prosesini təşkil etmək və nəticələrə nəzarət etmək;
- Anbarda çalışan əməkdaşların iş bölgüsünü aparmaq və fəaliyyətlərinə nəzarət etmək;
- Anbar əməkdaşlarının iş intizamına və müəyyən edilmiş prosedurlara riayət etməsini təmin etmək;
- Anbarın nizam-intizamını, təhlükəsizliyini və maddi-texniki resursların qorunmasını təmin etmək;
- Anbar üzrə mövcud problemləri operativ şəkildə müəyyən etmək və rəhbərliyə məlumat vermək.
Tələblər
- Yaş həddi: 25-45;
- Bəy namizəd tələb olunur;
- Restoran və qida sahəsində anbar üzrə minimum 3 il iş təcrübəsi;
- Baş anbardar və ya anbar üzrə rəhbər vəzifəsində iş təcrübəsi arzuolunandır;
- ERP proqramı ilə işləmək bacarığı (1C və ya digər sistemlər);
- MS Office proqramlarında, xüsusilə Excel-də işləmək bacarığı;
- Anbar uçotu, sənədləşmə və inventarizasiya qaydalarını bilmək;
- Komanda idarəetmə və iş bölgüsü aparmaq bacarığı;
- Məsuliyyətli, diqqətli, dəqiq və operativ olmaq;
- Analitik düşünmə və problem həll etmə bacarığı.
Təminatlar:
- İş qrafiki: 6 günlük;
- İş yeri: Bakı şəhəri, Babək prospekti, City Park Mall-la üzbəüz;
- Nahar şirkət tərəfindən verilir;
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmiləşdirilmə;
- Əmək haqqı: 2000 AZN