.png)
İş haqqında
Avropa və Türk mətbəxi · Fəvvarələr meydanında yeni All-day kafe
Biz kimik
Sizi nə gözləyir
-Yeni layihə — mətbəxi və komandanı açılışdan özünüz qurursunuz;
-Menyuya real təsir — türk səhər yeməyi (serpme kahvaltı), biznes-lanç və axşam menyusu üzərində yaradıcı iş;
-Böyük qonaq axını olan, şəhərin mərkəzində yerləşən məkan;
-Tanınmış restoran qrupunun dəstəyi və sabitliyi;
-Tam rəsmi işə qəbul — əmək qanunvericiliyinə uyğun.
İş öhdəlikləri
-Avropa və Türk mətbəxi üzrə yeməklərin hazırlanmasına və təqdimatına rəhbərlik etmək;
-Mətbəx komandasını idarə etmək: iş cədvəli, intizam və inzibati məsələlər;
-Yeməklərin keyfiyyətinə və bişirmə texnikasına nəzarət etmək;
-Yeni işçilərə və kiçik aşpazlara təlim keçmək, komandanı inkişaf etdirmək;
-Menyunun yaradılmasında və mütəmadi yenilənməsində iştirak etmək;
-Qida gigiyenası və təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasını təmin etmək;
-Məhsulların səmərəli istifadəsinə və anbar ehtiyatlarına nəzarət etmək.
Tələblər
-Liderlik, ünsiyyət və komandada işləmək bacarığı;
-Stresə davamlılıq və çevik iş qrafikinə hazırlıq;
-Azərbaycan vətəndaşlığı.
İş şərtləri
-6 günlük iş qrafiki;
-İş saatları görüşdə müzakirə olunur;
-Tam rəsmi əmək müqaviləsi.
