AzTrade

Baş mühasib

AzTrade
Ə/h razılaşma ilə
1579
Tam iş günü
Bakı, Azərbaycan
26.05.2025 23:30 - 26.06.2025 12:00

İş haqqında məlumat

  • Xankəndi şəhərində mebel istehslatı zavoduna tələb olunur. İş yeri Bakıda olacaq, bir neçə dəfə Xankəndi şəhərinə ezam olunacaq;
  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsini, ona nəzarəti, operativ məlumatların təqdim edilməsini, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi, digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfatdaxili ehtiyatların aşkara çıxarılması və səfərbər edilməsi məqsədi ilə mühasibat uçotu və hesabatının məlumatları üzrə müəssisənin maliyyə təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsini təmin edir;
  • Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik edir;
  • Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət edir;
  • Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarət edir;
  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasının, əmtəə mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət edir;
  • Struktur bölmə rəhbərinin həvalə etdiyi digər işləri yerinə yetirir;
  • İş saatı həftənin 5 günü 09:00 – 18:00;
  • İş yeri Koroğlu metrosu tərəfində yerləşir.

Tələblər

  • Ali iqtisadi təhsil;
  • Baş Mühasib vəzifəsində iş təcrübəsi;
  • PMS sertifikatının olması mütləqdir
  • Mükəmməl səviyyədə Microsoft Office proqramları biliyi;
  • Azərbaycan Respublikası Mülki Məcəlləsi, Vergi Məcəlləsi, Əmək Məcəlləsinin tələblərini yaxşı səviyyədə bilməli və işində rəhbər tutmalıdır.


Oxşar vakansiyalar