Bakı,
Azərbaycan
29.07.2025 00:00
-
29.08.2025 00:00
İş haqqında məlumat
- Qanunvericiliyə uyğun dövlət orqanlarının (Vergi, Statistika və digər) tələb etdiyi forma və müddətlərdə maliyyə vəsaitlərinin hərəkətlərinin uçotunun təşkil etmək və hesabatların işlənib hazırlanması və təqdim etmək;
- Dövlət orqanları ilə hesablaşma və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri, çəkilən xərcləri və vergi ödənişlərini (tutulmalar) təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək;
- Vergi sistemində online kargüzarlığın izlənilməsi, vergi orqanları ilə yazışmaları aparılması və qanun tələblərinə uyğun düzgün təqdim olunmasını təmin etmək;
- Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını;
- Rəsmi hesabatların (Vergi, DSMF, Statistika) hazırlanması (aylıq, rüblük və illik) və təqdim olunması;
- Elektron Qaimə Faktrura, Hesab Fakturalarının tərtib edilməsi və göndərilməsi;
- Dövlət orqanları ilə gündəlik yazışmalar. Muhasibatlıq sahəsində kargüzarlığa daxil olan məktubların operativ cavablandırılması;
- Daxil olan e-qaimələrin yoxlanılması üçün maila göndərilməsi və təsdiq edilməsi;
- Müəssisənin 1C və digər aidiyyatı informasiya məlumat bazasına muhasibat uçotu məlumatlarını vaxtında və düzgün işlənilməsinin təmini;
- Təhtəl hesablaşmalar üzrə əməliyyatlara nəzarət etmək və mühasibat uçotunda əks etdirmək;
- Ay sonu maliyyə hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirmək;
- İdarəetmə hesabatlarının hazırlanması və təhlili;
- Müəssisə resurslarının səmərəli idarə edilməsi üzrə təkliflərin verilməsi;
- Maliyyə və mühasibatlıq proseslərinin/əməliyyatlarının idarə edilməsi və təkmilləşdirilməsi;
- Əməkhaqqı hesablamaları, maya dəyəri hesablamaları və s.;
- Əmək haqqı namizədin bilik, bacarıq və praktik iş təcrübəsinə uyğun olaraq müsahibə zamanı razılaşdırılacaq.
İş qrafiki:
- Həftə içi 5 gün saat 9:00-18:00, Şənbə 9:00-15:00.
Tələblər
- Ali təhsil (maliyyə və mühasibatlıq sahəsi üzrə);
- Vergi qanunvericiliyi və Mühasibat uçotu sahəsində yüksək biliklərə sahib olmalıdır;
- PMS, (ACCA F3/FA) – Maliyyə uçotu sertifikatı arzuolunandır;
- Baş mühasib olaraq minimum 5 il iş təcrübəsi;
- Azərbaycan əla, rus və ingilis dili arzuolunandır;
- Güclü analitik düşüncə və operativ qərarvermə bacarığı;
- 1C 8.3 və MS Excel ilə işləmə bacarığı mütləqdir.