PARLA Pharmaceuticals

Baş Mühasib

PARLA Pharmaceuticals
Ə/h razılaşma ilə
2026
Tam iş günü
Bakı, Azərbaycan
13.08.2025 03:49 - 13.09.2025 12:00

İş haqqında məlumat

  • Qanunvericiliyə uyğun dövlət orqanlarının (Vergi, Statistika və digər) tələb etdiyi forma və müddətlərdə maliyyə vəsaitlərinin hərəkətlərinin uçotunun təşkil etmək və hesabatların işlənib hazırlanması və təqdim etmək;
  • Dövlət orqanları ilə hesablaşma və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri, çəkilən xərcləri və vergi ödənişlərini (tutulmalar) təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək;
  • Vergi sistemində online kargüzarlığın izlənilməsi, vergi orqanları ilə yazışmaları aparılması və qanun tələblərinə uyğun düzgün təqdim olunmasını təmin etmək;
  • Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını;
  • Rəsmi hesabatların  (Vergi, DSMF, Statistika) hazırlanması (aylıq, rüblük və illik) və təqdim olunması;
  • Elektron Qaimə Faktrura, Hesab Fakturalarının tərtib edilməsi və göndərilməsi;
  • Dövlət orqanları ilə gündəlik yazışmalar. Muhasibatlıq sahəsində kargüzarlığa daxil olan məktubların  operativ cavablandırılması;
  • Daxil olan e-qaimələrin yoxlanılması üçün maila göndərilməsi və təsdiq edilməsi;
  • Şirkətin 1C və digər aidiyyatı informasiya məlumat bazasına muhasibat uçotu məlumatlarını vaxtında və düzgün işlənilməsinin təmini;
  • Ay sonu maliyyə hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirmək;
  • İdarəetmə hesabatlarının hazırlanması və təhlili;
  • Maliyyə və mühasibatlıq proseslərinin/əməliyyatlarının idarə edilməsi və təkmilləşdirilməsi;
  • Əməkhaqqı hesablamaları (Payroll) , maya dəyəri hesablamaları və s.

İş şəraiti

  • İş yeri - Time Biznes Mərkəzi;
  • İş saatları- 09:00-18:00 – 5 günlük iş rejimi;
  • Tibbi sığorta və danışıq paketi.

CV-inizi mövzu hissəsində “Baş Mühasib” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz.

Tələblər

  • Ali təhsil (maliyyə və mühasibatlıq sahəsi üzrə);
  • Vergi qanunvericiliyi və Mühasibat uçotu sahəsində yüksək biliklərə sahib olmalıdır;
  • PMS, (ACCA F3/FA) – Maliyyə uçotu sertifikatı arzuolunandır;
  • Baş mühasib olaraq minimum 3 il iş təcrübəsi;
  • Azərbaycan əla, rus və ingilis dili arzuolunandır;
  • Güclü analitik düşüncə və operativ qərarvermə bacarığı;
  • 1C 8.3 və MS Excel ilə işləmə bacarığı mütləqdir.


Oxşar vakansiyalar