CMT Group LLC

Baş mühasib

CMT Group LLC
2000 ₼
582
Tam iş günü
Bakı, Azərbaycan
17/11/2025 - 17/12/2025

İş haqqında məlumat

  • Mühasibat uçotunun düzgün aparılmasını və maliyyə sənədlərinin qanunvericiliyə uyğun tərtib edilməsini təmin edir.
  • Müəssisənin gəlir və xərclərini, əsas vəsaitləri, maddi ehtiyatları və öhdəliklərini uçota alır.
  • Maliyyə hesabatlarını (balans, mənfəət və zərər hesabatı, vergi bəyannamələri və s.) tərtib edir və təqdim edir.
  • Vergilərin, dövlət sosial sığorta haqlarının, DSMF və digər məcburi ödənişlərin vaxtında hesablanmasını və ödənilməsini təşkil edir.
  • Mühasibat sənədlərinin (qaimə, hesab-faktura, müqavilə, kassa sənədləri və s.) düzgün tərtibini və saxlanılmasını nəzarətdə saxlayır.
  • İşçilərin əməkhaqqının, məzuniyyət haqlarının, ezamiyyət xərclərinin və digər ödənişlərin hesablanmasına rəhbərlik edir.
  • Maliyyə intizamına riayət olunmasına və maliyyə risklərinin azaldılmasına nəzarət edir.
  • Daxili və xarici audit yoxlamaları zamanı zəruri məlumat və sənədləri təqdim edir.
  • Müəssisənin illik büdcəsinin və maliyyə planlarının hazırlanmasında iştirak edir.
  • Müəssisə rəhbərliyinə maliyyə vəziyyəti barədə dövri hesabat verir və təkliflər təqdim edir.

İş şəraiti

  • Şirkət: Penguin boya CMT GROUP MMC
  • İş yeri: Bakı şəhəri Abşeron rayonu Aşağı güzdək qəsəbəsi
  • İş rejimi: Tam iş günü 08:00 – 17:00

Şirkət təklif edir:

  • Əmək haqqı 2000 azn
  • Nahar 
  • Servis
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

Əlaqə +994 55 335 15 95

Əlaqədar şəxs Orxan Cavadzadə İnsan Resursları üzrə Menecer

Tələblər

  • İqtisadiyyat, maliyyə və ya mühasibatlıq ixtisası üzrə ali təhsil.
  • Mühasibat sahəsində ən azı 5 il iş təcrübəsi, o cümlədən rəhbər vəzifədə 2 il.
  • Kompüter və ofis proqramları ilə sərbəst işləmək bacarığı.
  • Mühasibat uçotu, vergi və maliyyə hesabatı prinsiplərini dərindən bilməlidir.
  • Mühasibat proqramlarını (1C, Logo, SAP və s.) sərbəst bilməlidir.
  • Azərbaycan Respublikasının Vergi və Əmək Məcəllələrini bilməlidir.
  • Analitik düşünmə, planlaşdırma və məsuliyyət qabiliyyətinə malik olmalıdır.
  • Komanda idarəetmə və hesabatlılıq bacarıqları olmalıdır.
  • Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə - II səviyyə PMS.

Oxşar vakansiyalar