Bakı,
Azərbaycan
20.10.2025 03:37
-
20.11.2025 12:00
İş haqqında məlumat
- Şirkətin ümumi məqsədləri ilə uyğun maliyyə strategiyalarını hazırlamaq və həyata keçirmək;
- İllik büdcə planlaşdırma prosesinə rəhbərlik etmək və mütəmadi maliyyə proqnozları təqdim etmək;
- Maliyyə məlumatlarını və bazar tendensiyalarını təhlil edərək strateji qərarlar vermək;
- Rəhbərlik və maraqlı tərəflər üçün dəqiq və vaxtında maliyyə hesabatları, təqdimatlar hazırlamaq;
- Maliyyə qaydaları və mühasibat standartlarına uyğunluğu təmin etmək;
- Zərurət olduqda xarici auditorlar və tənzimləyici orqanlarla əlaqə qurmaq;
- Şirkətin pul axınını izləmək və likvidliyi optimallaşdırmaq;
- Effektiv nağd vəsaitlərin idarə olunması siyasət və prosedurlarını tətbiq etmək;
- Qərarvermə proseslərini dəstəkləmək üçün maliyyə təhlilləri və fikirləri təqdim etmək;
- Layihə rəhbərləri və şöbə müdirləri ilə əməkdaşlıq edərək layihələrin maliyyə nəticələrini optimallaşdırmaq;
- Şirkətin bütün satış, alış, əməkhaqqı və xərclərini nəzarətdə saxlamaq və təsdiq etmək;
- Bütün müqavilə və razılaşmaları izləmək, şərtlər, tələblər və faydalar barədə rəhbərliyi məlumatlandırmaq;
- Aylıq, üç aylıq və altı aylıq proqnoz və büdcələri il boyu hazırlamaq və əhəmiyyətli fərqliliklər barədə rəhbərliyi məlumatlandırmaq;
- Maliyyə risklərini müəyyənləşdirmək, qiymətləndirmək və qarşısını almaq üçün strategiyalar təklif etmək və həyata keçirmək;
- Şirkətin aktivlərini qorumaq məqsədilə effektiv daxili nəzarət sistemləri qurmaq və saxlamaq;
- Maliyyə şöbəsinin işçilərini işə qəbul etmək, təlim keçmək, rəhbərlik etmək, motivasiya etmək və intizam tədbirləri görmək;
- Yatırımları və əsas kapital xərclərini qiymətləndirmək, maksimal gəlirlilik üçün tövsiyələr vermək;
- Yeni layihələrin maliyyə səmərəliliyini qiymətləndirmək.
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Tələblər
- Maliyyə, Mühasibatlıq, Biznes və ya oxşar sahədə bakalavr dərəcəsi;
- Magistr dərəcəsi və ya peşəkar sertifikat üstünlükdür;
- Mühasibatlıq üzrə ən azı 7 il iş təcrübəsi;
- Tikinti layihələrinin maliyyəsi, xərc idarəetməsi və gəlir tanınması üzrə güclü biliklər;
- Maliyyə qaydaları, mühasibat prinsipləri və risklərin idarə olunması sahəsində dərin bilik;
- Yüksək analitik düşüncə, strateji yanaşma və problem həll etmə bacarıqları;
- Fəaliyyət sahələri üzrə komandalarla əməkdaşlıq üçün effektiv ünsiyyət və qarşılıqlı münasibət bacarıqları;
- Maliyyə proqramlarında və Microsoft Office proqramlarında yüksək səviyyədə bacarıq.