Bakı,
Azərbaycan
12/12/2025
-
19/12/2025
İş haqqında məlumat
- Maliyyə hesabatlarının tərtib olunması (bəyannamələr, balans, mənfəət və zərər hesabatları və s.);
- Gömrük proseslərinə nəzarət edilməsi;
- Qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alış, satış və vergi ödənişlərini (tutulmalar) təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək;
- Əmək haqqı, ezam və son haqq hesabların hesablanması və ödənilməsinə nəzarət və düzgün hesablarda əks olunması;
- Müəssisənin vergi risklərini hesablamaq və rəhbərliyə bu barədə hesabatları zamanında təqdim etmək;
- Maya dəyərinin hesablama – məhsulların istehsal maya dəyərinin müəyyən edilməsi;
- Anbar uçotu nəzarəti – xammal və hazır məhsul qalığının düzgünlüyünün yoxlanması;
- Maliyyə hesabatlarının hazırlanması – ayliq, rüblük, illik balans və digər hesabatlar;
- Vergi uçotu və bəyannamələr – ƏDV, mənfəət, gəlir və digər vergilərin hesablanması və təqdimatı;
- Kassa və bank əməliyyatlarına nəzarət – ödənişlərin düzgünlüyünü təmin etmək;
- Mühasibatlıq komandasına rəhbərlik – iş bölgüsü, nəzarət və təlim;
- İnventarizasiya prosesinə rəhbərlik – real qalığı uçotla uyğunlaşdırmaq;
- Dövlət orqanlarına (Vergi, Statistika, DSMF, Məşğulluq və s.) hesabatların vaxtında və düzgün təqdim olunması;
- Vergi yoxlamaları, daxili və xarici auditlərə tam hazır vəziyyətin təmin olunması;
- 5 günlük iş həftəsi;
- Nahar şirkət tərəfindən təmin olunur;
- Nahar fasiləsi: 13:00 - 14:00;
- Ünvan: Bakı, Aliağa Vahid 1B (Bakı-Sumqayıt yolunun üstü);
- Əmək haqqı: Razılaşma yolu ilə.
Tələblər
- Maliyyə, mühasibatlıq və əlaqəli sahələr üzrə ali təhsil;
- Maliyyə sahəsində minimum 5 il iş təcrübəsi;
- ERP proqramları ilə işləmə bacarığı (1C);
- MS office proqramları ilə işləmə bacarığı (xüsusilə yüksək səviyyədə Excel bilikləri);
- Tekstil sahəsində təcrübə üstünlükdür;
- PMS sertifikatın olması vacibdir;
- Dil bilikləri: Azərbaycan və Rus dili (İngilis dili arzuolunandır).