UĞUR İNDUSTRY MMC

Baş mühasib

UĞUR İNDUSTRY MMC
Ə/h razılaşma ilə
2313
Tam iş günü
Xırdalan, Azərbaycan
06/02/2026 - 20/02/2026

İş haqqında məlumat

  • Mühasibat uçotunun qurulması, həmin prosesə nəzarət edilməsi, uçotun Beynəlxalq mühasibat standartlarının tələblərinə uyğunlaşdırılması;
  • Müəssisənin ümumi strateji planı çərçivəsində mühasibat uçotunun icrasının təmin edilməsi;
  • Vergi bəyannamələrinin hazırlanması və təqdim edilməsi;
  • Digər dövlət qurumları tərəfindən tələb olunan bütün növ hesabatların hazırlanması və təqdim edilməsi;
  • Rəhbərliyin tələb etdiyi forma və müddətlərdə hesabatların hazırlanması və təqdim edilməsi;
  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsi, məlumatların operativ təqdim edilməsinə nəzarətin təmin edilməsi;
  • Daxil olan pul vəsaitlərinin, əmtəə-maddi qiymətlilərinin, əsas vəsaitlərin uçotunun aparılmasının və xərclər smetasının hazırlanmasının təmin edilməsi;
  • Müəssisənin debitor və kreditorlar üzrə hesablaşmalarında dəqiqliyin təmin edilməsi;
  • Mal-material, xidmət, zəmanət və avanslarla əlaqədar hesablamaların həyata keçirilməsi və uçotunun aparılması;
  • Müəssisənin xərclərinin optimallaşdırılmasına və maliyyə intizamının gücləndirilməsinə yönəldilmiş tədbirlərin hazırlanması və icrasına nəzarət edilməsi;
  • Maliyyə-hesablaşma əməliyyatlarının təyin olunmuş vaxt çərçivəsində rəsmiləşdirilməsinin təmin edilməsi;
  • Hesabat sənədlərinin düzgün tərtib olunmasının və tərkibində olan məlumatların doğruluğunun təmin edilməsi;
  • Logo proqram təminatında əsas modullarının funksiya və imkanları üzrə biliklərin olması;
  • Rəhbərliyin tələb etdiyi forma və müddətlərdə, Logo proqram təminatında maliyyə hesabatlarının hazırlanması;
  • Yeni tətbiq olunacaq modulların test olunması;
  • Logo proqram təminatından istifadə edən istifadəçilərə rəhbərlik tərəfindən müəyyən edilmiş yeni istifadəçi səlahiyyətlərinin verilməsi və ya alınması;
  • Logo proqram təminatı istifadəçilərinin yeni istəklərinin təhlili və mümkün həlli;
  • İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasının təmin edilməsi;
  • Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirilməsi;

Təminatlar:

  • Nahar ilə təmin edilir.
  • İş yerinə servislə çatdırılır.
  • Korporativ nömrə ilə təmin edilir.
  • Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

İş yeri: Xırdalan şəhəri


 

Tələblər

  • Müvafiq sahə üzrə ali təhsil (maliyyə, mühasibat uçotu, iqtisadiyyat);
  • Unity Logo, MS Office proqramları (Excel/Word, Outlook-la praktik işləmə bacarığı);
  • Müvafiq sahə üzrə minimum 3 (üç) il iş təcrübəsi;
  • Diqqətli, çevik və məsuliyyətli olmalı;
  • Təhlil və analiz etmə qabiliyyətli olmalı;
  • Kollektivdə işləmək bacarığı olmalı;
  • Maliyyə Nazirliyinin təsdiqlədiyi uçotun aparılması qaydalarını mükəmməl bilməli;
  • Vergi Məcəlləsinin tətbiq edilməsində kifayət qədər təcrübəsi olmalı;
  • Xanım namizədlərə üstünlük verilir;

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.


Oxşar vakansiyalar