1G

Baş mühasib

145 Group MMC
2000 - 2500 ₼
377
Tam iş günü
Bakı, Azərbaycan
29/09/2026 - 13/10/2026

İş haqqında məlumat

“145 GROUP” Restoranlar şəbəkəmiz üçün TƏCİLİ peşəkar, məsuliyyətli və analitik düşüncəli Baş mühasib axtarırıq.

Vəzifə öhdəlikləri

  • Əməliyyat və satınalma komandaları ilə koordinasiya edərək proseslərin düzgün icrasını təmin etmək
  • Şirkətin bütün mühasibat uçotunun təşkili və idarə edilməsi;
  • Əmək haqqı, məzuniyyət və son haqq-hesab ödənişlərinin hesablanması və ödənilməsi
  • Dövlət orqanlarına təqdim olunan bütün məcburi (statistika və digər) hesabatların hazırlanması və təqdim edilməsi
  • ƏDV, mənfəət, ÖMV, DSMF və statistika hesabatlarının hazırlanması.
  • Bank əməliyyatlarının uçotu, bank üzləşmələrinin aparılması və pul vəsaitlərinin hərəkətinə nəzarət
  • Restoranların kassa, POS, bank, anbar və mal-material uçotuna nəzarət.
  • İnventarizasiyaların və məhsul itkilərinin/maya dəyərinin nəzarəti.
  • Debitor-kreditor borcların idarə edilməsi.
  • Aylıq maliyyə hesabatlarının və rəhbərlik üçün idarəetmə hesabatlarının hazırlanması.
  • Mühasibat komandasının idarə edilməsi və daxili maliyyə nəzarətinin qurulması.

Tələblər

  • Maliyyə, mühasibat uçotu və ya əlaqəli sahə üzrə ali təhsil
  • İiko proqramı (rkeeper) və Excel-i yüksək səviyyədə bilmək.
  • Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi,
  • Restoran/iaşə sektorunda zı 3 il iş təcrübəsi üstünlükdür.
  • Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Payroll  və mühasibat uçotu üzrə dərin bilik.
  • Vergi qanunvericiliyi üzrə biliklər
  • Peşəkar sertifikatlar üstünlükdür (ACCA, PMS və s.)
  • MS Office proqramlarında, xüsusilə Excel-də yüksək səviyyədə işləmə bacarığı
  • İİKO proqramını bilmək mütləqdir
  • 1C mühasibat proqramı ilə iş təcrübəsi
  • Azərbaycan və rus dillərində sərbəst ünsiyyət (ingilis dili üstünlükdür)
  • Analitik düşüncə, təşkilatçılıq və problem həll etmə bacarıqları
  • Müstəqil işləmə, çoxsaylı tapşırıqları idarə etmə və sıx qrafiklə işləmə bacarığı

Biz nə təklif edirik?

  • Stabil və uzunmüddətli iş;
  • Peşəkar və inkişaf yönümlü komanda;
  • Rəqabətli əməkhaqqı;
  • Karyera və peşəkar inkişaf imkanları;
  • Şirkətin maliyyə idarəetmə sisteminin qurulmasında aktiv rol.

İş yeri: Bakı şəhəri, Səbail rayonu.

Əməkhaqqı: 2000 – 2500 AZN

Komandamıza tez qoşula biləcək namizədlərə üstünlük verilir.


Oxşar vakansiyalar