TABİA Group

Baş mühəndis müavini

TABİA Group
Ə/h razılaşma ilə
1793
Tam iş günü
Yevlax, Azərbaycan
31.07.2025 22:35 - 31.08.2025 12:00

İş haqqında məlumat

  • Texniki şöbənin idarə olunması və ümumi rəhbərliyin həyata keçirilməsi, tabeliyində olan əməkdaşlar arasında müvafiq vəzifə təlimatlarına uyğun olaraq iş bölgüsünün aparılması, gündəlik texniki yoxlamaları və təmir işlərini idarə etmək;
  • Texniki şöbənin iş həcminə və prioritetlərə müvafiq olaraq iş qrafiklərinin tərtib edilməsini və nəzarətini təşkil etmək;
  • Təmir və xidmət üçün lazımi materialların və ehtiyat hissələrinin sifarişini əvvəlcədən planlaşdıraraq icra etmək;
  • Qurğu və avadanlıqlara profilaktik texniki xidmət,  qonaq otaqlarında texniki xidmətlərin yerinə yetirilməsini planlaşdırmaq və idarə etmək;
  • Yanğın xəbərdarlıq, yanğına nəzarət sistemlərini davamlı nəzarət etmək və çatışmazlıqları aradan qaldırmaq;
  • Texniki şöbənin müntəzəm daxili hesabat görüşlərində iştirak etmək və tələb olunduqda, daxili təlimatlandırma və iclasların səmərəli şəkildə təşkil edilməsini təmin etmək;
  • Tələb olunduqda, Baş mühəndisi əvəz etmək və əməliyyatla bağlı bütün məsələlərdə iştirak etmək;
  • Şöbənin tələblərə uyğun fəaliyyətini təşkil etmək məqsədilə digər şöbələr ilə qarşılıqlı əlaqə qurmaq;
  • Qonaqpərvərlik standartlarına riayət etmək, qonaqlarla əlaqədar texniki xidmət sorğularının vaxtlı-vaxtında tamamlanmasını təmin etmək;
  • Bina, onun sistemləri və istismar prosedurlarının qüvvədə olan daxili prosedurlar və qanunvericiliklə uyğunluq təşkil etməsinin təmin olunmasına yardım etmək, hər hansı uyğunsuzluq aşkar edildikdə, bu barədə rəhbərliyə xəbər vermək;
  • Əmlak təhlükəsizliyi, ilkin tibbi yardım, yanğın və fövqəladə hal prosedurları ilə tanış olmaq və avadanlıqları təhlükəsiz və effektiv tərzdə istismar etmək;
  • Texniki şöbənin bütün qeydiyyat jurnallarının qeydlərinə nəzarət etmək və onları yoxlamaq;
  • Satınalma üçün sorğular hazırlamaq və maddi-texniki təchizat şöbəsi ilə birlikdə onu icra etmək;
  • Müəyyən edilmiş texniki plana uyğun müvafiq texniki servislərin təşkil olunmasını və podratçılara koordinasiyasını idarə etmək;
  • Müvafiq təlim, maarifləndirmə və ya təlimlər yolu ilə texniki şöbənin bütün əməkdaşlarının bilik və bacarıqlarını inkişaf etdirmək və onların effektivliyini yüksəltmək;
  • 09:00-18:00 / 5 günlük iş həftəsi;
  • İstirahət günü: 2 (iki) gün;
  • Nahar şirkət tərəfindən təmin edilir;
  • Korporativ nömrə və danışıq paketi;
  • Tibbi sığorta;
  • Şöbə: Texniki;
  • İşəgötürən: “Yevlakh City Hotel”  MMC /TABIA GROUP MMC;
  • Ünvan: Yevlax şəhəri, Azərbaycan.

Tələblər

  • Müvafiq sahə üzrə ali təhsil;
  • Müvafiq sahədə minimum 5 il iş təcrübəsi (Hotellər üzrə təcrübə üstünlükdür)
  • Layihə idarəetməsi və komandaların effektiv yönləndirilməsi bacarığı;
  • MS Office (Excel, Outlook, Word), AutoCAD və digər müvafiq proqram təminatları ilə sərbəst işləmək bacarığı;
  • Tikinti sahəsində qüvvədə olan yerli qanunvericilik və digər normativ sənədlər üzrə mükəmməl biliklər;
  • Yüksək məsuliyyət hissi, analitik düşüncə və nəticəyönümlü yanaşma.


Oxşar vakansiyalar