Yevlax,
Azərbaycan
01.08.2025 11:33
-
01.09.2025 12:00
İş haqqında məlumat
- Şöbə: Texniki
- İşəgötürən: “Yevlakh City Hotel” MMC /TABIA GROUP MMC
- Ünvan: Yevlax şəhəri, Azərbaycan
Əmək funksiyası:
- Texniki şöbənin idarə olunması və ümumi rəhbərliyin həyata keçirilməsi, tabeliyində olan əməkdaşlar arasında müvafiq vəzifə təlimatlarına uyğun olaraq iş bölgüsünün aparılması, gündəlik texniki yoxlamaları və təmir işlərini idarə etmək;
- Texniki şöbənin iş həcminə və prioritetlərə müvafiq olaraq iş qrafiklərinin tərtib edilməsini və nəzarətini təşkil etmək;
- Təmir və xidmət üçün lazımi materialların və ehtiyat hissələrinin sifarişini əvvəlcədən planlaşdıraraq icra etmək;
- Qurğu və avadanlıqlara profilaktik texniki xidmət, qonaq otaqlarında texniki xidmətlərin yerinə yetirilməsini planlaşdırmaq və idarə etmək;
- Yanğın xəbərdarlıq, yanğına nəzarət sistemlərini davamlı nəzarət etmək və çatışmazlıqları aradan qaldırmaq;
- Texniki şöbənin müntəzəm daxili hesabat görüşlərində iştirak etmək və tələb olunduqda, daxili təlimatlandırma və iclasların səmərəli şəkildə təşkil edilməsini təmin etmək;
- Tələb olunduqda, Baş mühəndisi əvəz etmək və əməliyyatla bağlı bütün məsələlərdə iştirak etmək;
- Şöbənin tələblərə uyğun fəaliyyətini təşkil etmək məqsədilə digər şöbələr ilə qarşılıqlı əlaqə qurmaq;
- Qonaqpərvərlik standartlarına riayət etmək, qonaqlarla əlaqədar texniki xidmət sorğularının vaxtlı-vaxtında tamamlanmasını təmin etmək;
- Bina, onun sistemləri və istismar prosedurlarının qüvvədə olan daxili prosedurlar və qanunvericiliklə uyğunluq təşkil etməsinin təmin olunmasına yardım etmək, hər hansı uyğunsuzluq aşkar edildikdə, bu barədə rəhbərliyə xəbər vermək;
- Əmlak təhlükəsizliyi, ilkin tibbi yardım, yanğın və fövqəladə hal prosedurları ilə tanış olmaq və avadanlıqları təhlükəsiz və effektiv tərzdə istismar etmək;
- Texniki şöbənin bütün qeydiyyat jurnallarının qeydlərinə nəzarət etmək və onları yoxlamaq;
- Satınalma üçün sorğular hazırlamaq və maddi-texniki təchizat şöbəsi ilə birlikdə onu icra etmək;
- Müəyyən edilmiş texniki plana uyğun müvafiq texniki servislərin təşkil olunmasını və podratçılara koordinasiyasını idarə etmək;
- Müvafiq təlim, maarifləndirmə və ya təlimlər yolu ilə texniki şöbənin bütün əməkdaşlarının bilik və bacarıqlarını inkişaf etdirmək və onların effektivliyini yüksəltmək;
İş vaxtının norması:
- 09:00-18:00 / 5 günlük iş həftəsi;
- İstirahət günü: 2 (iki) gün;
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Nahar şirkət tərəfindən təmin edilir;
- Korporativ nömrə və danışıq paketi;
- Tibbi sığorta;
Müraciət forması:
Maraqlanan namizədlər cv-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
CV göndərərkən, mövzu yerində müraciət etdiyiniz vəzifənin adını qeyd edin. Yalnız vəzifə adı qeyd olunan CV-lərə daha çox üstünlük veriləcəkdir.
Tələblər
- Müvafiq sahə üzrə ali təhsil;
- Müvafiq sahədə minimum 5 il iş təcrübəsi (Hotellər üzrə təcrübə üstünlükdür)
- Layihə idarəetməsi və komandaların effektiv yönləndirilməsi bacarığı;
- MS Office (Excel, Outlook, Word), AutoCAD və digər müvafiq proqram təminatları ilə sərbəst işləmək bacarığı;
- Tikinti sahəsində qüvvədə olan yerli qanunvericilik və digər normativ sənədlər üzrə mükəmməl biliklər;
- Yüksək məsuliyyət hissi, analitik düşüncə və nəticəyönümlü yanaşma.