

İş haqqında
İş yeri: Azin Technology MMC
İş yeri ünvanı: Binəqədi rayonu, Pasyolka Kirov
Yaş həddi: 21-35
İş saatı: 09.00-18.00
Əmək haqqı: Müsahibə əsasında, namizədin bilik və təcrübəsinə uyğun olaraq müəyyən ediləcək.
🔹 Vəzifə öhdəlikləri:
1. Təchizat şöbəsindən təqdim olunan məhsul siyahıları və alış qiymətləri əsasında bazar araşdırması aparmaq;
2. Məhsulların bazardakı satış qiymətlərini və rəqib şirkətlərin təkliflərini araşdırmaq;
3. Alış və bazar qiymətlərini müqayisə edərək qiymət təhlili aparmaq;
4. Məhsullar üzrə optimal satış qiymətlərinə dair təkliflər hazırlamaq;
5. Bazar tendensiyalarını və rəqabət mühitini izləmək;
6. Satış şöbəsini aktual bazar məlumatları və analitik hesabatlarla təmin etmək.
🔹 Tələblər:
1. Ali təhsil (iqtisadiyyat, maliyyə, biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə);
2. Microsoft Excel proqramını yüksək səviyyədə bilmək mütləqdir;
3. VLOOKUP/XLOOKUP, SUMIFS, IF, INDEX/MATCH funksiyaları və Pivot Table ilə sərbəst işləmək;
4. Böyük həcmli məlumatların təhlili və sistemləşdirilməsi bacarığı;
5. Analitik düşüncə və rəqəmlərlə işləmək qabiliyyəti;
6. Dəqiqlik, məsuliyyətlilik və nəticəyönümlülük;
7. Power BI bilikləri və müvafiq sahədə iş təcrübəsi üstünlükdür.

.png)
