Bakı,
Azərbaycan
22.08.2025 03:46
-
22.09.2025 12:00
İş haqqında məlumat
- Xidmət etdiyi strukturların beynəlxalq yük daşınma işlərini təşkil edir, daşınma zamanı yaranmış problemlərin həllini təmin edir;
- Yük daşınması xidməti təklif edən nəqliyyat şirkətlərini araşdırmaq, potensial və faktiki partnyorları müəyyənləşdirmək;
- Yük daşınmaları üçün nəzərdə tutulmuş şərtlərə uyğun nəqliyyat vasitəsini müəyyənləşdirmək;
- Mövcud hərəkət marşrutları içərisində ən optimal və məqsədəuyğun olanını seçmək;
- Daşınma xidməti təklif edən firmalarla danışıqlar aparmaq, xidmət qiymətlərində mümkün olan maksimum endirimləri əldə etmək;
- Boşdayanmalar nəticəsində yaranmış cərimələrin endirilməsi üçün lazımi verilən tapşırıqları həyata keçirmək;
- Daşınmaqda olan, daşınması planlaşdırılan və çatmış yüklərin statusu barədə məlumatları mütəmadi olaraq aidiyyəti strukturlar ilə bölüşmək;
- Korporativ prosedurlar çərçivəsində rəhbərləri tərəfindən verilmiş digər yazılı və şifahi tapşırıqları icra etmək.
İş barədə məlumat:
- Funksiya: Tədarük Zənciri Direktorluğu/Beynəlxalq Daşınma şöbəsi;
- İş yeri: Bakı şəhəri;
- İş qrafiki: Həftənin 5 günü saat 08:00-dan 17:00-dək.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsilə çatdırılma;
- Nahar ilə təmin edilmə ;
- Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Beynəlxalq Daşınma üzrə mütəxəssis” qeyd etməklə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər.Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.
Tələblər
- Ali təhsil,
- Müvafiq sahədə minimum 2 il təcrübə,
- Azərbaycan və rus dillərini sərbəst bilmək (ingilis dili arzuolunandır),
- Analitik düşünmə qabiliyyəti, problemləri müəyyən etmə bacarıqları;
- Kommunikasiya və təqdimetmə bacarığı;
- Microsoft Office proqramlarını bilmək.