Bakı,
Azərbaycan
16.09.2025 03:58
-
16.10.2025 12:00
İş haqqında məlumat
- Şirkətin kommersiya fəaliyyətinə dair qiymət təkliflərinin hazırlanması, rəhbərlik və layihə rəhbərləri ilə razılaşdırılması, müştərilərə təqdim olunması və arxivləşdirilməsinin təmin edilməsi;
- Bazarın mövcud tendensiyalarının, rəqiblərin və tərəfdaşların fəaliyyətinin təhlili, hesabatların hazırlanması və müvafiq araşdırmaların aparılması;
- Yerli və beynəlxalq tenderlərin təşkili və idarə olunması: sənədlərin hazırlanması, tərəfdaşlarla əməkdaşlıq, danışıqların aparılması və tələb olunan sənədləşmənin təmin edilməsi;
- Müştərilərə aylıq təhvil-təslim aktlarının hazırlanması, təsdiqlənməsi və göndərilməsi;
- Müqavilə, akt, qiymət təklifi, marketinq materialları və təqdimatların hazırlanması, sistemli arxivləşdirilməsi və müvafiq tərəflərə təqdim olunması;
- Müştərilərlə dövri əlaqələrin qurulması, məmnuniyyətin ölçülməsi və müştəri yönümlü inkişaf təkliflərinin hazırlanması;
- Vendorlar və xarici əməkdaşlarla işin koordinasiyası, iş axınının və öhdəliklərin düzgün icrasına nəzarət;
- Şirkət üçün tələb olunan sertifikat, abunəlik və digər hüquqi-sənədli təminatların həyata keçirilməsi;
- Rəhbərlik üçün rüblük və illik analitik hesabatların hazırlanması, təqdim olunması və qərarvermə prosesində iştirak.
Qeyd: Vakansiya üzrə yalnız ilkin seçim mərhələsində uyğun görülən namizədlərlərin dəyərləndirilməsi həyata keçiriləcəkdir.
Müraciətlərinizi mövzu hissəsində "Biznes əməliyyatları üzrə baş mütəxəssis" qeyd olunmaqla Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına yönləndirə bilərsiniz.
Tələblər
- Ali təhsil (iqtisadiyyat, biznes idarəçiliyi və ya əlaqədar sahələr üzrə);
- Müvafiq sahədə minimum 3-5 il iş təcrübəsi;
- Azərbaycan, rus və ingilis dillərində səlis şifahi və yazılı ünsiyyət qabiliyyəti;
- Güclü analitik düşünmə, planlama və hesabatlılıq bacarığı;
- MS Office proqramlarından sərbəst istifadə qabiliyyəti;
- Problem həll etmə qabiliyyəti;
- Komanda ilə işləmək bacarığı.