Bakı,
Azərbaycan
22.09.2025 11:06
-
22.10.2025 12:00
İş haqqında məlumat
- 1C proqramının müəssisələrdə bütün modullar üzrə qurulmasında dəstək göstərilməsi;
- Daxili prosedurlara uyğun olaraq şirkətdə ERP proqram moduluna yeni funksiyaların əlavə edilməsində və yeni modulların yaradılmasında iştirak etmək;
- Proqram təminatı qurulduqdan sonra yaranan nasazlıqları aradan qaldırması üçün texniki tapşırıq hazırlanması və bunun rəhbərliyə təqdim olunması;
- ERP sistemində işçilər üçün girişlərin yaradılması və səlahiyyətlərin verilməsi;
- ERP sistemi ilə bağlı daxili sənədlərin və əməliyyat prosedurlarının standartlara uyğun olaraq aparılması;
- Gündəlik əməliyyatların ERP sistemində düzgün daxil edilməsinə nəzarət edilməsi;
- ERP modulunda işləyəcək işçilərə bilmədikləri nüanslarda dəstək olunması (məlumatların əlavə edilməsi və sənədlərin işlənilməsi);
- ERP sistemdə təhlükəsizlik məsələlərinə nəzarət edilməsi və bununla bağlı rəhbərliyə məlumat vermək;
- Həftəlik olaraq rəhbərə ERP proqram tətbiq olunan yerlərdə proqramın cari vəziyyəti ilə bağı ilə hesabat vermək;
- ERP proqramda mövcud çalışacaq işçilərin bilik və bacarıqlarını yoxlamaq və ona uyğun olaraq təlim planı hazırlamaq.
Biz nə vəd edirik
- Karyera yüksəliş imkanı;
- Yeni bilik və bacarıqlara sahib olmaq;
- İl ərzində mövcud göstəricilərinə əsasən bonus və KPİ-ların verilməsi.
İş şəraiti
- Əmək haqqı: 900-1500 Azn. Əmək haqqı namizədin bilik və bacarığına görə dəyişə bilər;
- İş rejimi: 5 günlük.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Tələblər
- Ali təhsil (Bakalavr İqtisadiyyat, Kompuyuter elmləri və ya İnformasiya təhlükəsizliyi üzrə);
- Mövcud sahə üzrə iş təcrübəsi ən azı- 1il;
- MS Office proqramlarından istifadə bacarığı (Word, Excel, Outlook);
- 1c 8.3 proqamından istifadə bacarığı;
- ERP proqram qurulumunda və ya layihədə iştirak üzrə təcrübəsinin olması;
- Əlavə ERP modulları üzrə bilik və bacarığının olması üstünlükdür;
- Sertifkatının olması üstünlükdür;
- Dil bilikləri- Azərbaycan dili (Səlis), Rus dili (Orta), İngilis dili (Orta).