Bakı,
Azərbaycan
29.10.2025 04:45
-
29.11.2025 12:00
İş haqqında məlumat
- Şirkətin əsas və yardımçı biznes-proseslərinin xəritələndirilməsi və sənədləşdirilməsi;
- Proseslərin effektivliyinə nəzarət və zəif nöqtələrin (gaps) aşkarlanması;
- Daxili prosedur və siyasətlərin proseslərə uyğunluğunun qiymətləndirilməsi;
- Departament və şöbələr üzrə proses izləmə planlarının hazırlanması;
- Keyfiyyət göstəriciləri (KPI) əsasında proses performansının izlənilməsi;
- ERP və digər idarəetmə sistemlərində qeydiyyatların uyğunluğunun yoxlanması;
- Əməliyyat və proses risklərinin identifikasiyası və idarə olunmasına dəstək;
- Standart Əməliyyat Prosedurlarının (SOP) hazırlanmasında iştirak;
- Proses dəyişiklikləri zamanı dəyişikliklərin sənədləşdirilməsi və tətbiqinə nəzarət;
- İllik daxili yoxlama planları çərçivəsində prosessual auditlərdə iştirak;
- Uyğunluq pozuntularının aşkar edilməsi və hesabatların hazırlanması;
- Proseslərin avtomatlaşdırılması imkanlarının təhlili və təkliflərin hazırlanması;
- Qısa və uzunmüddətli prosessual inkişaf layihələrində iştirak;
- Rəhbərlik üçün aylıq proses hesabatlarının hazırlanması;
- Proseslərlə bağlı təlim materiallarının hazırlanması və əməkdaşların məlumatlandırılması;
- Əlaqədar qanunvericilik və standartların izlənilməsi;
- Yeni tətbiq edilən proseslərə uyğunluğun monitorinqi;
- Şirkətin strateji məqsədlərinə uyğun olaraq prosessual tövsiyələrin verilməsi.
Nə təklif edirik?
- Bazar rəqabətinə uyğun əmək haqqı;
- Könüllü tibbi siğorta (ailə paketi);
- “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
- Peşəkar komanda ilə işləmək fürsəti;
- İşçinin inkişafı üçün təlim, tədris proqramları.
İş şəraiti:
- İş rejimi: 5 günlük
- İş yeri: Bakı şəhər
Xahiş edirik CV-lərinizi mövzu bölməsində “Biznes proseslərinə nəzarət üzrə aparıcı mütəxəssis” qeyd etməklə Müraciət Et düyməsində göstərilən e-mail ünvanına göndərəsiniz.
Tələblər
- Minimum 3 il strateji planlama və ya komplayns sahəsində iş təcrübəsi;
- Minimum 2 il proses idarəetməsi, keyfiyyət nəzarəti və ya oxşar sahədə iş təcrübəsi;
- Ali təhsil (Biznesin idarə olunması, iqtisadiyyat, mühəndislik və s.);
- Sertifikatlar (Lean, Six Sigma, Process Improvement — üstünlükdür);
- Proses idarəetməsi və daxili nəzarət üzrə biliklər;
- Analitik və təhlil etmə bacarığı;
- MS Office, Visio, ERP və ya proses idarəetmə sistemlərində işləmə bacarığı;
- Komanda ilə işləmək və təqdimat bacarığı;
- ISO 9001, ISO 31000, ISO 19011 üzrə ümumi anlayış (arzuolunandır).