Hilton Garden Inn Baku

Bölmə Aşpazı

Hilton Garden Inn Baku
Ə/h razılaşma ilə
1596
Tam iş günü
Bakı, Azərbaycan
26.05.2025 10:03 - 26.06.2025 12:00

İş haqqında məlumat

  • Yeməklər və qida məhsullarının tələb edilən standarta uyğun olaraq hazırlanmasını təmin etmək üçün təyin edilmiş ərazidə və məntəqədə işləmək və müvafiq işçilərə nəzarət etmək;
  • Hər zaman yeməklərin yüksək keyfiyyətini qorumaq, təqdimatın düzgün şəkildə həyata keçirilməsini təmin etmək;
  • Yeməklərin standartlara uyğun hazırlanması üçün müvafiq təlimatları izləmək və komandanı bu istiqamətdə yönəltmək;
  • İaşə obyektinin sanitariya və təhlükəsizlik qaydalarına uyğun olmasına nəzarət etmək;
  • Mətbəx avadanlıqlarının və təchizatının düzgün istifadəsini təmin etmək və onları daim təmiz saxlamaq;
  • Təyin edilmiş ərazi və ya məntəqənin hər zaman təmiz və səliqəli saxlanılmasını təmin etmək;
  • İaşə obyektinin yemək xərclərinin büdcə ilə uyğun olmasını təmin etməyə kömək etmək üçün standart reseptlərə riayət etmək və tullantıları minimuma endirmək;
  • Zəruri sayıldıqda, məmulatların hazırlanma və təqdim edilmə qaydalarını işçilərə öyrətmək onlara müvafiq təlimlər keçmək;
  • Qonaqların kulinariya gözləmələrini qarşılamaq və üstələmək üçün alternativ menyu məmulatları təklif etmək, müştərilərin xüsusi xahişlərini yerinə yetirmək və onlarla qarşılıqlı fəaliyyət göstərmək;
  • Bütün işçilərin bazarda mövsümi və yeni məhsullar haqqında ən yeni məlumatlara malik olduqlarını təmin etmək;
  • Bütün istismar avadanlıqları və ləvazimatlarını ehtiyatla istifadə edərək itkilər və tullantıları minimuma endirməyə çalışmaq;
  • İşçilər üçün yeməklər işçi kafeteriyasında təmin olunur;
  • Hilton otellərində, yalnız özünüz üçün deyil, həm də ailə üzvləriniz və dostlarınız üçün endirimli qalma imkanı, işə başladığınız gündən etibarən!;
  • TABİA Group-a aid bir çox otel və SPA mərkəzlərində endirimlər

Tələblər

  • Otel sahəsində Bölmə aşpazı kimi azı 2 il iş təcrübəsi;
  • Aşpazlıq ixtisası üzrə peşə təhsili və ya müvafik sertifikatlar;
  • Azərbaycan, Avropa və Asiya mətbəxləri üzrə biliklər;
  • Çevik iş qrafiklərində işləmək bacarığı;
  • Sanitariya-gigiyena normaları üzrə biliklər;
  • Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis dili (üstünlükdür).


Oxşar vakansiyalar