Bakı,
Azərbaycan
16.10.2025 09:31
-
16.11.2025 12:00
İş haqqında məlumat
- Gündəlik mühasibat əməliyyatlarını (ilk sənədlərin işlənməsi, jurnal müxabirləşmələr, avans hesabatları, bank/kassa əməliyyatları və s.) nəzarətdə saxlamaq;
- ƏDV, gəlir, mənfəət vergisi, sosial sığorta və digər vergi və maliyyə hesabatlarını aylıq, rüblük və illik qaydada tərtib edib aidiyyəti üzrə təqdim etmək;
- Dövlət oqranlarının elektron portallarında mühasibat əməliyyatlarının icrasında və sənəd mübadiləsində iştirak etmək, müvafiq göstəriciləri analiz etmək və nəzarətdə saxlamaq;
- Debitor və kreditor hesablaşmalarını izləmək, qarşılıqlı hesablaşma aktları hazırlamaq və bank ödənişlərini planlaşdırmaq;
- Əmək haqqı, vergi, müavinətlər və digər əmək ödənişlərini hesablamaq və idarə etmək;
- Maliyyə analizləri aparmaq, maliyyə göstəricilərini izləmək, maliyyə proqnozları hazırlamaq;
- Daxili maliyyə nəzarət sistemlərinin yaradılması və yaxşılaşdırılması;
- Audit prosesləri zamanı (xarici və daxili audit) lazım olan sənədləri hazırlamaq və əlaqələndirmək;
- Aktiv və passivlər üzrə hesab-kitab işlərini yoxlamaq və inventarizasiyanı təşkil etmək;
- Hesabatların və uçot sisteminin Azərbaycan qanunvericiliyinə, müvafiq standartlara və şirkətin daxili qaydalarına uyğunluğunu təmin etmək;
- Baş mühasibin göstərişinə əsasən, onun vəzifələrinin bir hissəsini icra etmək və ona hesabat vermək.
İş şəraiti:
- İş qrafiki: 5 günlük iş qrafikinə əsasən tənzimlənir (istirahət günləri növbəli qrafik əsasında həftə ərzində 2 gün olmaqla tənzimlənir);
- Əməkhaqqı: Müsahibə əsasında müəyyən olunur;
- İş yeri: Mayak Residence layihəsi (Zığ qəsəbəsi).
Müraciət qaydası:
Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “böyük mühasib” qeyd edərək, Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Tələblər
- Təhsil və iş təcrübəsi;
- Ali təhsil (maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahələrdə);
- Sahə üzrə müvafiq sertifikatların olması (ACCA və PMS üstünlükdür);
- Mühasibatlıq və vergi uçotu sahəsində ən azı 3 il iş təcrübəsi (Tikinti sahəsində təcrübəsi arzu olunandır);
- Baş mühasib və ya onun müavini kimi vəzifələrin icrasında təcrübə 1C 8.3 və digər ERP sistemlərində iş təcrübəsi;
- Yüksək səviyyədə MS Office (xüsusilə Excel) bacarıqları;
- Analitik düşüncə və maliyyə göstəricilərini şərh etmə bacarığı;
- Detallara diqqət və yüksək məsuliyyət ;
- İşləri prioritetləşdirmək və çoxsaylı vəzifələri eyni anda idarə etmək qabiliyyəti.