Art House Emiliana

Çılçıraq üzrə Satış Rəhbəri

Art House Emiliana
Ə/h razılaşma ilə
490
Tam iş günü
Bakı, Azərbaycan
14/05/2026 - 28/05/2026

İş haqqında məlumat

Art House interyer və dekorasiya sahəsində fəaliyyət göstərən, müasir və premium işıqlandırma həlləri təqdim edən şirkətdir. Komandamıza satış sahəsində təcrübəli, idarəetmə bacarıqları yüksək olan çılçıraq və işıqlandırma məhsullarının  Satış üzrə Rəhbər axtarılır.

  • Çılçıraq və dekorativ işıqlandırma məhsullarının satış prosesinin idarə olunması
  • Satış komandasının fəaliyyətinə nəzarət və koordinasiya
  • Müştərilərlə peşəkar münasibətlərin qurulması və inkişaf etdirilməsi
  • Satış planlarının hazırlanması və aylıq hədəflərin icrası
  • Showroom daxilində satış prosesinin effektiv təşkil olunması
  • Yeni korporativ və fərdi müştərilərin cəlb olunması
  • Məhsullar barədə müştərilərə ətraflı məlumat verilməsi və düzgün yönləndirmə
  • Satış hesabatlarının hazırlanaraq rəhbərliyə təqdim olunması
  • Bazar və rəqib analizlərinin aparılması

Şirkət təklif edir

  • Yüksək əməkhaqqı və bonus sistemi
  • Karyera inkişafı imkanları
  • Stabil və peşəkar iş mühiti
  • Korporativ təlim və inkişaf proqramları
  • Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə

İş qrafiki

  • 6 günlük iş həftəsi
  • İş saatı: 09:00 – 19:00

İş yeri

  • Bakı şəhəri

Tələblər

  • Ali və ya orta ixtisas təhsili
  • Satış sahəsində minimum 5 il, rəhbər vəzifədə ən azı 2 il iş təcrübəsi
  • Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilmək vacibdir.
  • İşıqlandırma, interyer və ya mebel sahəsində təcrübə üstünlükdür
  • Güclü idarəetmə və liderlik bacarıqları
  • Yüksək ünsiyyət və satış qabiliyyəti
  • MS Office proqramlarında işləmək bacarığı
  • Məsuliyyətli, aktiv və nəticəyönümlü olmaq

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.