Bakı,
Azərbaycan
14/05/2026
-
28/05/2026
İş haqqında məlumat
Mebel satışı sahəsində təcrübəli, məsuliyyətli və idarəetmə bacarığı yüksək olan namizədləri komandamıza qoşulmağa dəvət edirik.
- Müştərilərlə peşəkar səviyyədə kommunikasiya qurmaq
- Satış prosesinin effektiv idarə olunmasını təmin etmək
- Satış komandasının fəaliyyətinə nəzarət və koordinasiya etmək
- Şirkətin müəyyən etdiyi satış hədəflərinin icrasına dəstək olmaq
- Müştəri məmnuniyyətinin yüksək səviyyədə təmin edilməsinə nəzarət etmək
- Əməkhaqqı: 2000 AZN
İş qrafiki:
- Həftəiçi: 09:00 – 19:00
- Həftədə 1 gün istirahət (şənbə və bazar günləri istisna olmaqla)
Tələblər
- Mebel satışı sahəsində minimum 5 il iş təcrübəsinin olması mütləqdir
- Azərbaycan və rus dillərini yüksək səviyyədə bilməsi vacibdir.
- Yüksək ünsiyyət, təqdimat və satış bacarığına sahib olmalıdır
- Məsuliyyətli, operativ və kollektivlə işləmə bacarığı olmalıdır
- Mebel konstruksiyaları və texniki xüsusiyyətlər barədə geniş biliyə malik olmalıdır
- Məhsulları peşəkar şəkildə təqdim etməyi və müştərini düzgün yönləndirməyi bacarmalıdır
- Bazar araşdırmaları aparmalı və rəqiblərin fəaliyyətini analiz etməlidir
- Satış strategiyasına uyğun fəaliyyət göstərərək satışın inkişafına töhfə verməlidir
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.