Pilgrim Education

Content Creator / Video Content Creator

Pilgrim Education
Ə/h razılaşma ilə
1141
Tam iş günü
Bakı, Azərbaycan
18/12/2025 - 01/01/2026

İş haqqında məlumat

Pilgrim Education komandası inkişaf edib böyüməyə davam edir və biz brendimizin vizual kimliyini gücləndirəcək, kreativ və dinamik Content Creator / Video Content Creator axtarırıq.

  • Video, foto, storis, mətnlər, rubrikalar və ssenarilər daxil olmaqla kontent ideyalarının hazırlanması.
  • Müxtəlif platformalar üçün ssenarilər və qısa mətnlərin yazılması.
  • Ofisdə və şirkətin tədbirlərində çəkilişlərin aparılması.
  • Çəkiliş zamanı əməkdaşlar və spikerlərlə işləmək, kadri düzgün qurmaq və ideyanı izah etmək.
  • Videomaterialın ilkin təşkil olunması: sortlaşdırma, uğurlu dublyajların seçilməsi, dizaynerə/videomontajçıya yönləndirilmək üçün qeydlərin hazırlanması.
  • SMM şöbəsi ilə birgə kontent-kalendarın aparılması.
  • TikTok, Instagram Reels, LinkedIn və digər platformalardakı trendləri izləmək və şirkətin fəaliyyətinə uyğunlaşdırmaq.

Tələblər

  • Sosial şəbəkələr üçün video və mətn kontentinin hazırlanmasında təcrübə.
  • Kamera və ya telefonla işləmə bacarığı, kadri “hiss etmə” qabiliyyəti.
  • Kompozisiya, işıq və kadr quruluşu üzrə baza bilikləri.
  • Kreativ düşüncə, güclü vizual zövq və stil hissi.
  • Fərqli formatların (Reels, Shorts, Telegram, LinkedIn və s.) spesifikasını anlamaq.
  • Üstünlük veriləcək: CapCut, Adobe Premiere, DaVinci Resolve kimi proqramlarda montaj üzrə ilkin biliklər.
  • Rus dilini bilmək üstünlükdür. 

İnnovativ düşüncəyə sahib, dinamik və yaradıcı bir komandasına qoşulmaq istəyirsinizsə sizi Pilgrim Education ailəsinə dəvət edirik!

Xahiş olunur CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərəsiniz.

Mövzu hissəsində qeyd edin:"Content Creator / Video Content Creator"


Oxşar vakansiyalar