Bakı,
Azərbaycan
13.08.2025 02:50
-
13.09.2025 12:00
İş haqqında məlumat
- AS Group Holding komandamıza qoşulmaq üçün təcrübəli və analitik düşüncə tərzinə malik Data Analitik axtarır. Bu vəzifənin əsas funksiyası – məlumatı müxtəlif mənbələrdən əldə etmək, emal etmək, təmizləmək və təhlilə hazır vəziyyətə gətirmək, eləcə də Power BI-da analitik məlumat lövhələri və hesabatlar hazırlamaqdır.
Vəzifə öhdəlikləri:
- Müxtəlif mənbələrdən məlumatı əldə etmək, təmizləmək, emal etmək və analizə hazırlamaq;
- Power BI-da müntəzəm hesabatlar və məlumat lövhələri yaratmaq və saxlamaq;
- Vizual təqdimatlar və analitik nəticələrin hazırlanması;
- Məlumat lövhələrinin keyfiyyətini və yenilənmələrin vaxtında aparılmasını təmin etmək;
- Verilənlər bazası ilə işləyərək analiz və hesabat üçün məlumat toplamaq;
- Məlumat çıxarma və transformasiya alqoritmlərini hazırlamaq və optimallaşdırmaq;
- Verilənlər bazası sorğularının performansını təhlil etmək və yaxşılaşdırmaq;
- Məlumat modellərini dizayn etmək və analitik metriklərin hesablanması qaydalarını müəyyənləşdirmək.
İş şərtləri və faydalar:
- 5/2 iş rejimi;
- Müasir ofis şəraiti ;
- Peşəkar inkişaf imkanları və dinamik komanda;
- Parkinq xidməti;
İş şəraiti
- İş yeri: Zahid Xəlilov küçəsi 576, “Renessans Palace” Yaşayış Kompleksi;
- İş rejimi: 5/2;
- Ə/h razılaşma ilə olacaqdır.
Müraciət üçün: CV-nizi mövzu hissəsində "Data Analyst" qeyd edərək [email protected] elektron poçt ünvanına göndərin.
Tələblər
- Ali təhsil (İT, riyaziyyat, statistika, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə);
- Müxtəlif mənbələrdən məlumatı əldə etmək, emal etmək və təmizləmək üzrə təcrübə;
- İngilis və rus dillərində sərbəst ünsiyyət bacarığı;
- SQL üzrə praktiki bacarıqlar;
- Microsoft Power BI ilə iş təcrübəsi;
- ETL paketlərinin hazırlanması və idarə olunması üzrə təcrübə;
- Güclü analitik düşüncə və məlumatlarla işləmə bacarığı;
- Müxtəlif alətlərdə vizuallaşdırma bacarıqları;
- Məlumat anbarı memarlığını və OLAP texnologiyalarını başa düşmək;
- Məlumat analizi prinsipləri, metodları və alətləri haqqında bilik.