Bakı,
Azərbaycan
04.08.2025 04:24
-
04.09.2025 12:00
İş haqqında məlumat
- Gəlir, xərc, büdcə və digər maliyyə göstəricilərinin analiz edilməsi;
- Maliyyə planlaşdırması və proqnozlaşdırma üçün məlumat əsaslı hesabatların hazırlanması;
- Büdcə icrasının monitorinqi və faktiki nəticələrlə müqayisəli analizlərin aparılması;
- Daxili maliyyə hesabatlarının avtomatlaşdırılması və optimallaşdırılması;
- Maliyyə risklərinin və qeyri-effektiv sahələrin müəyyən edilməsi üçün data analizləri;
- Rəhbərlik üçün aydın və vizual hesabatların hazırlanması;
- Maliyyə sistemlərindən məlumatların çıxarılması, təmizlənməsi və strukturlaşdırılması;
- Şirkətin digər şöbələri ilə maliyyə məlumatlarının koordinasiyası və paylaşımı.
Maraqlanan namizədlər mövzu yerində “Data Analitik (Maliyyə Departamenti üçün)” yazmaqla öz CV-lərin [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Mövzu olmayan müraciətlər nəzərdən keçirilməyəcəklər. Yalnız uğurlu namizədlər mühasibəyə dəvət olunacaqlar.
Tələblər
- Ali təhsil (Maliyyə, İqtisadiyyat, Statistika, Kompüter elmləri və ya əlaqəli sahələr üzrə);
- Maliyyə və ya analitik sahədə minimum 2-3 il iş təcrübəsi;
- Maliyyə hesabatlarının strukturu və tərkibi haqqında praktiki biliklər;
- SQL ilə sərbəst işləmək bacarığı;
- Excel proqramında yüksək səviyyədə bilik (kompleks formulalar, pivot cədvəllər, makrolar);
- Power BI, Tableau və ya digər vizuallaşdırma alətləri ilə təcrübə;
- Analitik düşüncə və detallara diqqət;
- Komandada işləmək bacarığı və öyrənməyə açıq olmaq;
- Dil bilikləri: Azərbaycan, İngilis və Rus dilləri səlis.