Code Academy

Digital Marketinq üzrə Təlimçi

Code Academy
Ə/h razılaşma ilə
828
Tam iş günü
Bakı, Azərbaycan
21.10.2025 13:59 - 21.11.2025 12:00

İş haqqında məlumat

  • Tələbələrin suallarını cavablandırmaq və onlara praktiki tapşırıqlarda dəstək olmaq;
  • Dərs prosesində müasir marketinq strategiyalarını və real layihələrdən nümunələri paylaşmaq;
  • Tələbələrlə birlikdə real rəqəmsal marketinq kampaniyalarının planlanması və icrasınanəzarət etmək;
  • Tələbələrin gələcəkdə istifadə edə biləcəkləri praktiki işlərdən ibarət portfolionun hazırlanmasına dəstək vermək;
  • Tələbələrin təqdim etdiyi işlərin qiymətləndirilməsi və onlara konstruktiv rəy vermək.

Təkliflərimiz:

  • Peşəkar heyəti ilə professional formada inkişaf etdirəcək iş mühiti;
  • Yerli və xarici ekspertlərlə birgə iş təcrübəsi;
  • Modern/ kreativ üslubda iş şəraiti;
  • Karyera irəliləyişlərində hamıya bərabər olan yeni imkanlar;
  • Bilikləri paylaşmağa açıq olan gənc və dinamik komanda;
  • Müasir texnologiyalardan istifadə etmək imkanı;
  • Rəqabətə davamlı əmək haqqı.

Tələblər

  • Rəqəmsal marketinq sahəsində ən azı 3 illik iş təcrübəsi;
  • Google Ads, Meta Ads, SEO və Google Analytics ilə uzunmüddətli və praktiki iş təcrübəsi və yüksək məbləğdə reklam büdcəsinin səmərəli idarə olunması bacarığı;
  • Mütəxəssis biliklərini tələbələrə sadə və anlaşıqlı şəkildə çatdırmaq bacarığı;
  • Müasir təqdimat vasitələrindən istifadə etməklə təlim materiallarını maraqlı və təsirli formada təqdim etmək bacarığı.

Əlavə məlumat:

  • Dərs saatları həftəiçi axşam saatları və həftəsonu olaraq nəzərdə tutulur;
  • Beynəlxalq sertifikata (DMI) malik olan namizədlər üstünlükdür;
  • Akademik təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir


Oxşar vakansiyalar