Bakı,
Azərbaycan
12/05/2026
-
26/05/2026
İş haqqında məlumat
Şirkətimiz təhlükəsizlik, nəzarət və telekommunikasiya həlləri sahəsində fəaliyyət göstərir. Bu istiqamətdə diler şəbəkəsinin qurulması, inkişafı və idarə olunmasını həyata keçirəcək Dilerlərlə İş üzrə Menecer axtarırıq.
Əsas vəzifələr
- Yeni dilerlərin cəlb olunması və diler şəbəkəsinin genişləndirilməsi
- Mövcud dilerlərlə əlaqələrin idarə olunması və inkişaf etdirilməsi
- Diler satışlarının və performansının izlənməsi
- Satış planlarının icrasına nəzarət
- Dilerlərə məhsul və həllərlə bağlı dəstək verilməsi
- Bazarın və rəqabətin analizi
- Hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
İş şəraiti
- Tam iş günü
- Stabil və inkişaf edən sahədə iş imkanı
- Peşəkar və dinamik iş mühiti
- Karyera yüksəlişi perspektivi
Əməkhaqqı
- 1500 AZN sabit maaş + bonus sistemi
- Bonuslar diler satış göstəricilərinə əsasən hesablanır
- Əməkhaqqı namizədin təcrübə və bacarıqlarına uyğun olaraq müsahibə zamanı müəyyən edilir
Tələblər
- Diler şəbəkəsinin idarə olunması və ya B2B satış sahəsində ciddi təcrübə
- Təhlükəsizlik sistemləri, nəzarət həlləri və ya telekom avadanlıqları üzrə bilik və təcrübə
- Güclü ünsiyyət və danışıqlar aparma bacarığı
- Analitik düşüncə və nəticəyönümlü yanaşma
- CRM və satış proseslərinin idarə olunması bacarığı
- Müstəqil işləmək və qərar vermək qabiliyyəti
Üstünlük veriləcək namizədlər
- Hərbi xidmətini başa vurmuş namizədlərə üstünlük verilir, eyni zamanda hərbi xidmətə yararsız hesab edilən və ya çağırışa ən azı 2 il və daha çox vaxtı olan namizədlər də nəzərə alınır
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.