Bakı,
Azərbaycan
28.07.2025 11:16
-
28.08.2025 12:00
İş haqqında məlumat
Atatürk Liseyi V–VIII siniflər üzrə Direktor müavini vəzifəsinə ixtisaslı kadr axtarır.
- İş yeri: Atatürk Liseyi;
- İş rejimi: Tam ştat.
Tələblər
- Ali pedaqoji təhsil (magistr dərəcəsi arzuolunandır);
- Təhsil sahəsində minimum 5 il iş stajı;
- Rəhbər vəzifələrdə (direktor, direktor müavini və s.) iş təcrübəsi olanlara üstünlük verilir;
- V–VIII sinif şagirdlərinin yaş xüsusiyyətlərinə uyğun psixoloji yanaşma bacarığı;
- Kurikulum, qiymətləndirmə və təlim prosesinin təşkili sahəsində dərin bilik;
- Məktəbdaxili sənədləşmə və hesabatlılıq işlərini aparmaq bacarığı;
- Yüklü və dinamik iş qrafikində səmərəli fəaliyyət göstərmək bacarığı;
- Müəllim kollektivi ilə əməkdaşlıq və koordinasiya qurmaq bacarığı;
- Valideynlərlə ünsiyyətin qurulmasında peşəkar yanaşma;
- Ofis proqramlarında (Word, Excel və s.) sərbəst işləmə bacarığı;
- Elektron təhsil platformaları (Təhsil portalı, e-mekteb və s.) ilə işləmək təcrübəsi;
- Məktəb nizam-intizamının təmin olunması və davranış yönümlü nəzarətin təşkili sahəsində təcrübə;
- Yüksək məsuliyyət və təşkilatçılıq bacarığı;
- Liderlik və analitik düşünmə qabiliyyəti;
- Səmərəli qərarvermə və problemlərin həlli bacarığı;
- Etik dəyərlərə sadiqlik və nümunəvi davranış.