Bakı,
Azərbaycan
20.05.25
-
20.06.25
İş haqqında məlumat
- Sistemin fasiləsiz işini təmin etmək üçün elektriklə bağlı problemlərin həll edilməsi;
- Elektrik mühərriklərinin, transformatorların, generatorların, dövrələrin, naqillərin və digər elektrik avadanlıqlarının və komponentlərinin elektrik qurğuları üzrə qaydalara, normalara və standartlara uyğun quraşdırılması və təmiri;
- Elektriklə bağlı nasazlıqların yerini və növünü müəyyən etmək üçün elektrik sınaq avadanlıqlarının istismarı;
- Təmir və yaxud montaj işlərinə tələbatı müəyyən etmək üçün planların, cizgilərin, spesifikasiyaların və iş tapşırıqlarının araşdırılması;
- Hər hansı nasazlıqlar barədə birbaşa rəhbərə məlumat verilməsi;
- Şirkətdə və sənayedə qəbul olunmuş SƏTƏM prosedurlarına riayət edilməsi;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqlar;
- İş yeri: Qaradağ rayonu, Qobustan qəsəbəsi (Quru qarışıqlar istehsalı).
Tələblər
- Orta texniki təhsil;
- Elektrik paylayıcı sistem və enerji cihazları;
- Elektrik qoruyucuları;
- Elektrik və Elektronik avadanlıqların iş prinsipi;
- Mexaniki avadanlıqların təmiri;
- Əlaqəli sahə üzrə ən azı 3 il iş təcrübəsi;
- Əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarından xəbərdar olma;
- Ünsiyyət.