SOCAR DOWNSTREAM MANAGEMENT LLC
Ə/h razılaşma ilə
2838
Tam iş günü
Bakı, Azərbaycan
23.10.2025 04:27 - 23.11.2025 12:00

İş haqqında məlumat

  • SƏTƏMM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi) standartlarına, qanunvericiliklə müəyyən edilmiş tələblərə, istismar qaydalarına və qurumun prosedurlarına tam riayət etmək;
  • Cari təmir işlərini, çatışmazlıqların və nasazlıqların aradan qaldırılmasını, əlavə quraşdırma və montaj işlərini rəhbərin yazılı və ya şifahi təlimatlarına uyğun şəkildə yerinə yetirmək;
  • Yanğın, təbii fəlakət və digər fövqəladə hallar zamanı qəbul edilmiş təlim və göstərişlərə uyğun olaraq operativ müdaxilə etmək;
  • Tələb olunan material və ehtiyat hissələrini anbardan çıxarmaq, materiallardan səmərəli, düzgün və qənaətlə istifadə etməklə işləri vaxtında və keyfiyyətlə icra etmək;
  • İş yerlərini təmiz və təhlükəsiz saxlamaq, iş prosesində təhlükəsizlik qaydalarına əməl etmək, tullantıların idarəedilməsi proseduruna (EİP 02/10) riayət etməklə ətraf mühitin mühafizəsini təmin etmək;
  • İnteqrasiya edilmiş idarəetmə sistemlərinin tələblərinə uyğun olaraq, öz səlahiyyətləri daxilində planlaşdırma, tətbiqetmə, monitorinq və təkmilləşdirmə proseslərinə fəal şəkildə iştirak etmək;
  • Verilmiş iş tapşırıqlarını səmərəli, qüsursuz və etibarlı şəkildə yerinə yetirmək, davamlı olaraq öz bilik və bacarıqlarını artırmaq, təlimlərdə fəal iştirak etmək, işə icazə sənədlərinə uyğun olaraq təhlükəsiz və yüksək keyfiyyətli iş görmək;
  • Mərkəzləşmiş təmir prinsiplərinə uyğun olaraq zavodun bütün qurğularında fəaliyyət göstərmək;
  • İştirak etdiyi struktur bölmələrdə elektrik avadanlıqlarının təftiş, önləyici, qabaqlayıcı və bərpaedici təmir işlərini prosedur, yoxlama siyahısı və təlimatlara uyğun aparmaq;
  • İllik, aylıq və həftəlik təmir planlarında nəzərdə tutulan işləri müəyyən edilmiş proqrama uyğun şəkildə həyata keçirmək;
  • SAP proqramı vasitəsilə şirkət tərəfindən təyin olunmuş öhdəlikləri vaxtında və dəqiq yerinə yetirmək;
  • Zavodda həyata keçirilən korporativ mədəniyyət dəyişikliklərinə dəstək vermək, yeni işləmə proseslərinə sürətli və səmərəli şəkildə uyğunlaşmaq.

Tələblər

  • Müvafiq sahə üzrə minumum 1 il iş təcrübəsi;
  • Beynəlxalq və yerli standartların tələblərinə, təlimatlara əsaslanaraq bütün qurğularda və elektrik yarımstansiyalarında olan elektrik avadanlıqlarını sazlamaq və onlara xidmət göstərmək bacarığı;
  • Yüksək və alçaq gərginlikli elektrik açarlarının, paylayıcı qurğuların, transformatorların, elektrik mühərriklərinin, dizel generatorlarının və digər elektrik avadanlıqların işləmə prinsiplərini dərindən bilmək;
  • Zavodun elektrik təchizatı sisteminə aid olan bütün növ elektrik sxemlərini və diaqramlarını oxumaq və anlamaq qabiliyyəti;
  • Zavodun elektrik təchizatı sisteminə aid bütün elektrik avadanlıqlarının təmirini, bərpasını və sınaq-sazlama işlərini yüksək keyfiyyətlə yerinə yetirmək;
  • Yüksək və alçaq gərginlikli elektrik avadanlıqlarında elektrik əməliyyatlarının aparılmasını həm nəzəri, həm də praktiki səviyyədə bilmək və tətbiq etmək;
  • Peşəkar yanaşma ilə iş təhlükəsizliyi qaydalarına və SƏTƏM tələblərinə ciddi riayət etmək


Oxşar vakansiyalar