Bakı,
Azərbaycan
28/04/2026
-
12/05/2026
İş haqqında məlumat
- Tikinti layihələri üzrə elektrik montaj və istismar işlərinin təsdiqlənmiş layihə-smeta sənədlərinə uyğun icrası;
- Elektrik sistemləri və avadanlıqlarının texniki istismarına nəzarət edilməsi;
- Aşkar edilmiş texniki uyğunsuzluqlar və nasazlıqlar üzrə korrektiv tədbirlərin həyata keçirilməsi;
- Elektrik sistemlərin, cihazların və komponentlərin müntəzəm olaraq yoxlanılması, profilaktik baxımın aparılması və təmiri;
- Elektrik təhlükələrin və kənarlaşma hallarının müəyyən edilməsi;
- Elektrik sistemində mövcud olan nasazlıqların və uyğunsuzluqların aradan qaldırılması;
- Müvafiq elektrik cizgilərinin oxunması, cizgilərə uyğun olaraq avadanlıqların və xətlərin müəyyən edilməsi;
- Elektrik sistemlərin və avadanlıqların müvafiq ölçmə və sınaq alətləri vasitəsi ilə sınaq edilməsi;
- Aşınmış avadanlıqların təmiri və bərpası;
- Elektrik avadanlıqların dəyişdirilməsi ilə bağlı təkliflərin hazırlanması;
- Elektrik işlər üzrə hesabatların hazırlanması və təqdim edilməsi;
- Yeni elektrik avadanlıq və cihazların quraşdırılmasının həyata keçirilməsi;
- Layihə rəhbəri və sahə rəisləri ilə koordinasiyalı fəaliyyətin təmin edilməsi.
İş şəraiti:
- İş yeri: Bakı şəhəri, Badamdar qəs.
- İş qrafiki: 6 günlük iş həftəsi;
- Əmək haqqı: 1000-1200 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır).
Tələblər
- Müvafiq ixtisas üzrə minimum 1-2 il iş təcrübəsi (tikinti layihələri üzrə təcrübə üstünlükdür);
- Müvafiq sahə üzrə peşə və ya Ali təhsil;
- Müvafiq ixtisas sənədi, sertifikat və icazələrin olması üstünlükdür;
- Elektrik sxemləri, layihə çertyojları və texniki normativ sənədlərlə işləmə bacarığı;
- Elektrik təhlükəsizliyi üzrə normativ aktlar və tikinti standartları haqqında biliklər;
- Analitik düşünmə, məsuliyyətlilik və intizamlı iş yanaşması;
- Komandada işləmə və funksional tabelik prinsiplərinə uyğun fəaliyyət bacarığı.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.