N1 Çörək Zavodu

Elektrik mühəndisi

N1 Çörək Zavodu
940 ₼
3047
Növbəli iş
Bakı, Azərbaycan
18.09.2025 03:16 - 18.10.2025 12:00

İş haqqında məlumat

İş Yeri: № 1 Çörək Zavodu

İş məkanı: Bakı, Əhmədli

  • Növbə ərzində istehsal prosesinin fasiləsiz işini təmin etmək üçün elektrik və avtomatika ilə bağlı problemlərin həll edilməsi;
  • İş əmrlərinə əsasən  elektrik və elektronik təmir və ya montaj işlərinin icrası;
  • Növbə ərzində istehsal prosesinin dayanıqlığının təmini üçün istismar avadanlıqlarının, bütün ölçmə cihazlarının texniki təmirinin icrası;
  • Qəza duruşlarında elektrik nasazlıqların müvafiq təlimatlara əsasən ən qısa zaman çərçivəsində aradan qaldırılması;
  • Həftəlik, aylıq və illik elektrik təmir işlərinin plana uyğun yerinə yetirilməsi
  • Avadanlıqların quraşdırılmasını və təmirini bacarmalı;
  • Kabellərin növlərini, təyinatlarını bilməli və tətbiqinə dair təcürbəyə malik olmalı;
  • Elektrik çertyojlarına bələd olmalı, onları oxumağı, izah etməyi və iş prosesində tətbiq etməyi bacarmalı;
  • Sahəyə müvafiq elektrik alət və avadanlıqlardan, xüsusi vasitələrdən sərbəst və təhlükəsiz istifadə bacarığı olmalı;
  • Müxtəlif ölçüdə kabellərin quraşdırılması və bağlanmasını bilməli;
  • Zavodun təhlükəsizlik qaydalarına əməl etməli və öhdəlik götürməli.

İş Şərtləri

  • Əmək haqqı: 940 azn ;
  • İş rejimi:  Növbəli;
  • Nahar şirkət tərəfindən təmin olunur.

Uyğun namizədlər CV-lərini  "Elektrik - mühəndis" başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Tələblər

  • Təhsil: Ali təhsil (Elektrik mühəndisliyi   üzrə üstünlükdür );
  • Analitik düşünmə, araşdırma və komanda ilə işləmə bacarıqları;
  • İş təcrübəsi: Minimum  1 il.


Oxşar vakansiyalar