Stadler Service Azerbaijan

Elektrik (Sumqayıt Dəmir Yolu Vağzalı, sürət qatarları üzrə)

Stadler Service Azerbaijan
1300 ₼
3136
Tam iş günü
Sumqayıt, Azərbaycan
19.09.2025 09:45 - 19.10.2025 12:00

İş haqqında məlumat

Elektrosistemlərin montajı və texniki xidməti: 

  • Hərəkətdə olan tərkibdə və depoda elektrik şəbəkələrinin və avadanlıqların quraşdırılması, xidməti və təmiri. İşıqlandırma sistemləri, güc kabelləri və qoruyucu sistemlərin sazlanması və işlək vəziyyətinin yoxlanılması; Qatarların mexaniki elementlərinin və hərəkət hissələrinin texniki xidmətini göstərmək.

Yoxlama və diaqnostika: 

  • Elektrik nasazlıqlarının aşkarlanması və aradan qaldırılması;
  • Elektrik sxemlərinin və komponentlərinin işlək vəziyyətini yoxlamaq üçün ölçü cihazlarından istifadə etmək; 
  • Montaj və işə salma işlərini icra etmək.

Elektrik komponentlərinin təmiri və əvəz olunması: 

  • Kabellərin, sığortaların, relelərin, kontaktorların və digər elektrik elementlərinin dəyişdirilməsi;
  • Hərəkətdə olan tərkibdə və infrastrukturda naqillərin və açar qurğularının təmiri.

Təhlükəsizliyin təmin olunması: 

  • İşlərin icrası zamanı təhlükəsizlik normalarına və standartlarına riayət etmək, yüksək gərginliklə işləyərkən ehtiyat tədbirlərinə əməl etmək.

Şərtlər: 

  • İş qrafiki: gecə növbəsi;
  • İş yeri: Sumqayıt şəhəri (bu şəhərdə yaşayan namizədlərə üstünlük verilir);
  • Əmək haqqı: net 1300 AZN, gələcəkdə artım nəzərdə tutulmuşdur.

Tələblərə uyğun gələn namizədlərdən mövzu hissəsində “Elektrik (Sumqayıt Dəmir Yolu Vağzalı )” qeyd etməklə CV göndərməkləri xahiş olunur.

Tələblər

  • Ali və ya orta ixtisas (texniki) təhsili;
  • Müvafiq sahə üzrə 1–3 il iş təcrübəsi;
  • Rus və ya ingilis dili biliklərinə üstünlük verilir;
  • Stressə davamlılıq;
  • Məsuliyyətlilik;
  • Komandada işləmək bacarığı;
  • İntizamlılıq.


Oxşar vakansiyalar