Sumqayıt,
Azərbaycan
22/05/2026
-
05/06/2026
İş haqqında məlumat
- Şüşə butulka istehsal xəttində istifadə olunan dəzgah tipli nəzarət ölçü cihazının (inspection), kamera, sensor və digər elektron avadanlıqların texniki göstəricilərə uyğun quraşdırılması və montajı;
- Elektron sxemlərin oxunması, analiz edilməsi və istehsalat avadanlıqlarında tətbiqi;
- Multimetr, osiloskop, lehimləmə avadanlıqları və digər ölçü cihazlarından istifadə etməklə diaqnostika və ölçmə işlərinin aparılması;
- İstehsal xəttində yerləşən sensor, kamera və avtomatlaşdırılmış sistemlərin düzgün işləməsinə texniki nəzarətin həyata keçirilməsi;
- Şəbəkə qurğuları, müşahidə sistemləri və enerji paylama xətləri üzrə əsas biliklərə uyğun texniki işlərin icrası;
- Elektron və elektrik komponentlərdə yaranan nasazlıqların aşkar edilməsi və operativ şəkildə aradan qaldırılması;
- Nasaz modulların, dövrə lövhələrinin, kabellərin və digər elektron hissələrin təmiri və ya dəyişdirilməsi;
- İntellektual kameralar, inspection sistemləri və idarəetmə panellərinin proqram təminatının yüklənməsi və sazlanması;
- Avadanlıqların profilaktik texniki baxışının aparılması, təmizlənməsi və işlək vəziyyətdə saxlanılması;
- Quraşdırılmış avadanlıqların test edilməsi və istehsal standartlarına uyğunluğunun yoxlanılması;
- İstehsalat prosesinin fasiləsizliyinin təmin edilməsi məqsədilə texniki problemlərə operativ müdaxilə olunması;
- Elektrik və elektron avadanlıqlarla işləyərkən təhlükəsizlik qaydalarına riayət edilməsi;
- İstismar zamanı yaranan nasazlıqların vaxtında və effektiv şəkildə aradan qaldırılması;
- Məxfilik qaydalarına riayət olunması və istehsalat məlumatlarının qorunması.
- İş yeri: Sumqayıt
- Sahə: Şüşə butulka istehsalı
- İş rejimi: Dəyişkən / növbəli iş qrafiki
Tələblər
- Elektron sxemlərin oxunması və analiz edilməsi bacarığı;
- Multimetr, osiloskop, lehimləmə avadanlıqları və digər ölçü cihazlarından istifadə bacarığı;
- Şəbəkə qurğuları, müşahidə sistemləri və enerji paylama xətləri üzrə biliklər;
- MS Office (Word, Excel) proqramlarında işləmək bacarığı;
- Müvafiq sahədə minimum 2–3 il iş təcrübəsi;
- Problemləri həll etmə bacarığı və detallara diqqət;
- Məsuliyyətli, diqqətli və komanda ilə işləmək bacarığı;
- Məxfilik prinsiplərinə riayət etmə bacarığı.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.