Bakı,
Azərbaycan
07/05/2026
-
21/05/2026
İş haqqında məlumat
- Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqələrinin, son haqq-hesabın, ezamiyyənin qanunvericiliyə uyğun hesablanması və ödənilməsi;
- İşçilərdən tutulmalar, icra sənədləri, HYS ödənişlərinin icrası və nəzarəti;
- Overtime və əlavə saatların hesablanması, sənədləşdirilməsi və ödənişi;
- İşçilərin əmək haqqı ilə bağlı suallarının cavablandırılması;
- Baş mühasibin digər tapşırıqlarının yerinə yetirilməsi.
İş şəraiti:
- Nahar və iş yerinə çatdırılma servisi şirkət tərəfindən qarşılanır.
- Əmək haqqı: nett 1000 - 1200 azn
- İş rejimi: həftədə 5 gün, saat 08:00 - 17:00 kimi;
- İş yeri: Qaradağ rayonu, Sangaçal qəsəbəsi.(Servis- Sumqayıt şəhəri, Xırdalan, İnşaatçılar və İçərişəhər metrosu ərazisindən keçir)
Tələblər
- Ali təhsil (İqtisadiyyat, Mühasibatlıq üzrə)
- Əmək haqqı mühasibi olaraq: 2 il iş təcrübəsi (istehsalat üzrə arzu olunandır)
- Excel biliyi yüksək;
- ERP sistəmlərindən yüksək istifadə bacarığı;
- İngilis dili - yaxşı;
- Rus dili - yaxşı;
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.